Mojo.az Banner
20:31 Devid Hokni vəfat etdi  |     20:23 Şəlalədə çimən Lənkəran sakini batdı (YENİLƏNİB)  |     20:17 “Sumqayıt”ın müdafiəçisi əməliyyat olundu  |     20:09 Bakı Limanında quru yük aşırılması artıb  |     19:56 Bu halda ağacların kəsilməsinə icazə veriləcək  |     19:51 Şuşada abidələrin razılaşdırılmadan köçürülməsi qadağan edilir  |     19:43 Ermənistanda müxalifət seçkilərin nəticələrinin ləğv edilməsini tələb edib  |     19:37 128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı  |     19:30 Ən çox bahalaşan və ucuzlaşan məhsullar bəlli oldu  |     19:25 Ölkədə qoyun əti istehsalı artırılacaq  |     19:16 19 minə yaxın şəxs yaşa görə əmək pensiyasına çıxıb  |     19:11 Astara Terminalında tranzit daşımaların həcmi artıb - ADY  |     19:04 Kiyev onlardan 20 milyard dollar istəyəcək  |     18:59 Azərbaycanda şirkət rəhbərləri həbs edildi - DETALLAR  |     18:59 Gədəbəyə diametri 11 mm olan dolu düşdü  |     18:53 Rüfət Səfərova hökm oxundu  |     18:47 Naxçıvanda yeni idarə rəis təyin edildi  |     18:16 Sosial şəbəkələr çökdü  |     18:05 Ağdamda 21 yaşlı oğlan yeniyetmə qızla münasibətdə olub: "Məni şantaj etdi" – TƏFƏRRÜAT  |     17:58 Yeni dələduzluq üsulu yayılıb - Telefonunuzla sizi gizli şəkildə belə çəkirlər - Video  |    
Left Banner
Right Banner

Azərbaycanda qadın çatışmazlığı gözlənilir

31.05.2018 13:38 2 715
Azərbaycanda qadın çatışmazlığı gözlənilir
Azərbaycanda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meyilinin növbəti illərdə də davam etmə ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” adlı pilot layihənin yekun konfransında çıxışı zamanı deyib.

O, uşaqların cinsə görə nisbətinin pozulmasını zorakılığın bir forması kimi qiymətləndirərkən vurğulayıb ki, belə münasibət qadına, onun sağlamlığına, doğulmayan qızlara qarşı zorakılıqdır.

Eyni zamanda, ailədaxili münasibətlərdə yaranan problemlərdən biri də uşaqların cinsi ayrıseçkiliyə məruz qalmasıdır.

Komitə təmsilçisi əlavə edib ki, hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır:

“Hamiləliyin süni şəkildə pozulması faktı inkişaf etmiş ölkələrdə il ərzində 28 milyon, inkişaf etməkdə olan ölkələrdə isə il ərzində 182 milyondur. Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb və əhali arasında cinsi nisbət, demək olar ki, bərabərləşib. Hazırda əhalinin 49.9 faizini kişilər, 50.1 faizini isə qadınlar təşkil edir”.скачать dle 11.3
Mojo.az Banner