Mojo.az Banner
17:25 Ceyhun Bayramov Antonio Tayani ilə DANIŞDI - Nələr müzakirə edildi?  |     17:03 Bəzi dağ çaylarından daşqın və sel keçəcək  |     17:00 Abşeronda bir gündə 122 motoxuliqan saxlanılıb - Video  |     16:29 Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi  |     15:48 DİN: İtkin düşən 6 nəfər tapılıb  |     15:00 Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib  |     14:24 Devid Kleyton-Tomas vəfat etdi  |     13:40 Ağsuda narkotik plantasiyası aşkar edildi  |     12:55 “Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb  |     12:14 Yaponiyada leysan və qasırğa səbəbindən 2,23 milyondan çox insan təxliyə edilib  |     11:50 Azərbaycan nefti BAHALAŞDI  |     11:49 Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir  |     11:48 Lənkəran meşələrində itkin düşən 8 nəfərin XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     11:45 Azərbaycanda səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçu vəfat etdi  |     11:42 34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi - FOTO  |     11:39 Türkiyədə evlilik dələduzluğu: Azərbaycanlı qadın və şəriki həbs olundu  |     11:35 Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:34 Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb  |     11:00 Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq  |     10:57 Venesuelada zəlzələ nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI  |    
Left Banner
Right Banner

Saxta viza ilə Azərbaycana keçmək istəyənlər tutuldu - FOTO

31.05.2018 13:29 1 667
Saxta viza ilə Azərbaycana keçmək istəyənlər tutuldu - FOTO
2018-ci ilin 29 may tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində xarici vətəndaşların saxtalaşdırılmış sənədlərlə dövlət sərhədindən keçmək cəhdlərinin qarşısı alınıb.

DSX-dən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarəti zamanı üç əcnəbinin sənədlərinin etibarlılığı şübhə doğurub, xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama nəticəsində şübhələrin əsaslı olması dəqiqləşdirilib.

“Dubay-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1974-cü il təvəllüdlü Nawaz Shoaib tə­rəfindən təqdim olunmuş Azərbaycan Respublikasının elektron vizasının saxta olması müəyyən edilib.

“Bakı-Milan” reysinin sərnişinləri üzərində sərhəd nəzarətinin həyata keçirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Shakeel Hafiz Muhammad Adnan tərəfindən təqdim olunmuş pasportdakı Şengen vizasının saxta olması aşkar olunub.

“İstanbul-Bakı” reysi ilə gəlmiş İran İslam Respublikası vətəndaşı 1990-cı il təvəllüdlü Hassanli Ali tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportdakı Böyük Britaniya vizasının saxta olması müəyyən edilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.









скачать dle 11.3
Mojo.az Banner