Mojo.az Banner
23:01 Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir  |     22:56 Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb  |     22:50 Astara buraxılış məntəqəsindən yüzdən çox Rusiya vətəndaşı təxliyə olunur  |     22:43 Avtobusların dəyişdirilməsi sərnişinlərin narazılığına səbəb olub - Video  |     22:38 ABŞ İspaniya ilə ticarəti dayandıracaq  |     22:30 Aviabiletlər bahalaşdı - Video  |     22:19 Bu şəhərlərə bütün uçuşlar geri qaytarılıb  |     22:10 İranlı alimlər hakimiyyətin Pəhləviyə verilməsini tələb etdilər - FOTO  |     22:00 Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi  |     21:54 “Şiddətli müharibə fonunda Azərbaycanın humanitar dəhliz missiyası həyati əhəmiyyət daşıyır”-Fərid Şahbazlı  |     21:44 İspaniya ilə ticarəti tam dayandırırıq - Tramp  |     21:36 Ramazan ayının on dördüncü günü: İmsak və iftar vaxtı, günün duası  |     21:15 Metroda bu istiqamətdə hərəkət qrafiki yenilənir - FOTOLAR  |     21:05 Bu ərazidə 1600 abonent qazsız qalacaq  |     20:59 İnsanın düzgün yaşlandığını necə başa düşmək olar? - 7 əlamət  |     20:51 Avropa çempionu olan Azərbaycan cüdoçusuna cəza verildi  |     20:46 Halsızlığın gizli səbəbləri: Xoroniki yorğunluq düşündüyünüzdən daha ciddi ola bilər  |     20:40 Temperatur enəcək, qar yağacaq (XƏBƏRDARLIQ)  |     20:35 Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə  |     20:28 Elşən Binəqədinin meyiti morqda niyə qaldı? – Meyxanaçılardan açıqlamalar  |    
Left Banner
Right Banner

Azərbaycanda yeni pullar hazırlandı - əskinasların üzərində Mübariz İbrahimov... - VİDEO

29.05.2018 14:22 4 308
Azərbaycanda yeni pullar hazırlandı - əskinasların üzərində Mübariz İbrahimov... - VİDEO
Cümhuriyyətin və Milli Ordunun 100 illik yubileyi münasibətilə Azərbaycanda ilk dəfə fantaziya pulları tərtib edilib. Rəssam Çingiz Həziyev, üzərində Azərbaycanın müxtəlif dövrlərinin xəritələri və görkəmli şəxslərin təsvirinin əks olunduğu banknotlar hazırlayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin və ordusunun 100 illiyi ilə bağlı ilk milli fantaziya pulları hazırlanıb.

Sumqayıtlı kolleksiyaçı Çingiz Həziyev Cümhuriyyətə aid 5 cür banknot tərtib edib. Bunların 4-ü Azərbaycan ordusunun, 1-i isə cümhuriyyətin 100 illiyinə həsr olunub. Hər bir fantaziya pulunun bir üzündə Azərbaycanın o dövrdəki xəritəsi əks olunub.

Digər banknotlarda isə Azərbaycanın qədimdən bu günə kimi olan dövrlərdə sərkərdələri, hərbçiləri və görkəmli şəxsləri əks olunub

Çingiz Həziyev müasir Azərbaycanı əks etdirən banknot da hazırlayıb. Müasir Azərbaycanın fantaziya pulunda milli qəhrəmanımız Mübariz İbrahimovun rəsmi yer alıb.

İxtisasca rəssam olan kolleksiyaçı deyir ki, hazırladığı fantaziya pulları qiymətli kağız və pul əskinası sayılmır, sırf kolleksiyalar və hədiyyə üçün nəzərdə tutulub. Müəllif deyir ki, Azərbaycanın neft sənayesi, xocalı soyqırımı ilə bağlı da banknotlar hazırlamağı düşünür. Məqsədi isə bu fantaziya pullarının xarici turistlər xasitəsilə dünyaya çıxarmaq və Azərbaycanın tarixini tanıtmaqdır.скачать dle 11.3
Mojo.az Banner