Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş kitabın təqdimatı olub

13.08.2024 20:57 846
Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş kitabın təqdimatı olub
Biləsuvar rayonunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisist Müşfiq Malik Muğanlının Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş "Mübarizdən sonra" adlı kitabının təqdimat mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasim Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Biləsuvar rayonunun Əliabad kəndindəki ev muzeyində baş tutub.

Rayon rəsmiləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə Milli Qəhrəmanın keçdiyi şərəfli yoldan geniş söhbət açılıb. Kitabın məsləhətçisi, Milli Qəhrəmanının atası Ağakərim İbrahimov müəllifə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd olunub ki, kitabın baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, redaktoru isə şərqşünas-tərcüməçi Famil Burxanoğludur.

İki hissədən və dörd bölmədən ibarət olan kitabın birinci hissəsində oxucular Ağakərim İbrahimovun uşaqlara, yeniyetmələrə, gənclərə verdiyi məsləhətləri, düşüncələri, məşhur insanların Mübariz İbrahimov haqqında fikirləri, ikinci hissəsində Mübariz İbrahimovun həyat hekayəsi, esse və şeirlərlə, sonda isə "Müqəddəs Mübarizim" poeması ilə tanış ola bilərlər.

Son xəbərlər