Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkəmizdə 90 yaşından yuxarı 10 min uzunömürlü var

28.05.2018 14:34 2 146
Ölkəmizdə 90 yaşından yuxarı 10 min uzunömürlü var
Hazırda ölkəmizdə 90 yaşından yuxarı 10 min uzunömürlü var. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova AZƏRTAC-a məlumat verib.

Aparılan tədqiqatlar nəticəsində ölkəmizdə ilk dəfə olaraq uzunömürlülük xəritəsi hazırlanıb. Xəritə artıq tam hazırdır və yaxın günlərdə çap olunacaq.

Direktorun dediyinə görə, uzunömürlülük xəritəsi rəsmi statistik məlumatlar əsasında tərtib olunub. Bu, beynəlxalq təcrübədə qazanılmış metodikadır. Qəbul olunmuş qaydaya görə, uzunömürlülük indeksi yaşı 90-ı keçənlə 60 və daha yuxarı yaşda olanların sayına nisbətidir.

Tədqiqatlar ölkəmizin uzunömürlülük indeksinin yüksək olduğu bəzi bölgələri üzə çıxarıb. Uzunömürlülük tədqiq olunarkən ilkin mərhələdə onların yaş verifikasiyası aparılır. Həmçinin uzunömürlülər, onların ailə üzvləri, eləcə də uzunömürlülük qeydə alınmayan ailələr tədqiqat qrupuna daxil edilir və onların üzərində eyni tibbi-bioloji müayinələr aparılır. Aparılan müayinələrdə həkimlər, bioloqlar və başqa mütəxəssislər iştirak edirlər.

Hesablamalar göstərir ki, ölkəmizdə uzunömürlülərin sayı artıb.

Hazırda tədqiqatlar cənub rayonlarında aparılır.скачать dle 11.3
Mojo.az Banner