Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Misir Mərdanovun direktor olduğu institutun adı dəyişdirilir

10.07.2021 21:07 975
Misir Mərdanovun direktor olduğu institutun adı dəyişdirilir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun xəbərinə görə, toplantıda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyaziyyat, Mexanika və Tətbiqi Tədqiqatlar İnstitutu adlandırılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasına dair qərar qəbul olunub.

Həmçinin akademik Möhsün Nağısoylunun 75, akademik Hacıbəy Sultanov və AMEA-nın müxbir üzvü Kərim Kərimovun 100, akademik Firuz Məlikovun isə 120 illik yubileyinin keçirilməsi haqqında qərar verilib.

Bundan əlavə, iclasda kadr məsələlərinə də baxılıb. Belə ki, akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun, akademik Fəxrəddin Qədirov Neft və Qaz İnstitutunun, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Respublika Seysmoloji Xidmət Mərkəzinin, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov Rəyasət Heyətinin nəzdində Təbiət Tarixi Muzeyinin, akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Dendrologiya İnstitutunun, AMEA-nın müxbir üzvü Pənah Muradov Mikrobiologiya İnstitutunun və biologiya elmləri doktoru, professor Ulduz Həşimova akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru vəzifələrinə təsdiqləniblər.

Qeyd edək ki, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru sabiq Təhsil naziri Misir Mərdanovdur.скачать dle 11.3
Mojo.az Banner