Mojo.az — elanlar
Son Xəbərlər
19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı tələbə təhsil haqqını qumarda uduzdu - İntihar etdi

26.05.2018 15:11 2 284
Azərbaycanlı tələbə təhsil haqqını qumarda uduzdu - İntihar etdi
Gürcüstanda dünyasını dəyişən mingəçevirli tələbənin ölümü ilə bağlı təfərrüatlar məlum olub.

Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadənin meyiti bu gün səhər saatlarında Mingəçevirə gətirilərək dəfn edilib.

Tbilisi Humanitar Unversitetinin Stomatologiya fakültəsinin ikinci kurs tələbəsi olan Tağı İskəndərzadənin atası Novruz İskəndərov hadisə ilə bağlı “Report”un yerli bürosuna açıqlamasında oğlunun ölümünün birmənalı şəkildə intihar hadisəsi olduğunu deyib: “Oğlumun təhsil haqqı 3000 lari idi. Adətən, bu məbləği iki dəfəyə ödəyirdik. Bu dəfə də Tağıya ödənişi etmək üçün 1500 lari həcmində pul göndərmişdik. Araşdırdıq və öyrəndik ki, Tağı bu pulu kazinoda uduzduğundan ödəyə bilməyib. Ardınca kompüterini, telefonunu və digər dəyərli əşyalarını girov qoyaraq borc götürüb və yenidən kazinoya gedib. Həmin məbləği də uduzub. Bundan sonra doğmalarının yanında üzü qara qalmamaq üçün intihar etmək qərarına gəlib. Sənədlərini Kür çayı sahilində skamya üzərinə qoyaraq özünü körpüdən çaya atıb”.

N.İskəndərov oğlunun tez-tez telefonla danışdığını bildirib. Amma intihar günü ərəfəsində səssizlik onları da şübhələndiribmiş. Sonradan Tağı İskəndərzadənin telefonunu da girov qoyduğunu öyrəniblər: “Baxmayaraq ki, Tağı kazinoya vərdiş etmişdi, o, çox abırlı uşaq olub. Səhvi, ardınca isə həyası onu intihara sürükləyib”./Report/

Son xəbərlər