Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi | 12:45 Azərbaycan nefti bahalaşıb | 12:45 Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi |
Mojo.az Avto
Mojo.az Avto

Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – VIDEO

25.05.2018 17:07 3 398
Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – VIDEO
Xəzərdə itkin düşən idmançıların ölümü ilə bağlı təfərrüatlar üzə çıxıb.

Meyitləri tapılan şəxslər 17 yaşlı Nüsrət Nəzərzadə və 15 yaşlı Aqil Təbirli aprelin 18-də dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar. Ancaq bir daha geri qayıtmayıblar.

Ailələrinin verdiyi informasiyadan sonra itkin düşən idmançıların axtarışına başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən axtarışlar aparılıb. 23 apreldən isə FHN Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri də əməliyyatlara cəlb olunub.

Axtarışların aparıldığını dəfələrlə bəyan etsələr də nəticə verməyib. Ancaq Xəzərdə itkin düşən idmançıların cansız bədənləri rezin qayıqda “Neft Daşları” yaxınlığında taplıb. Əslində buna tapılmaq da yox, qayıq öz ayağı ilə gəlib deyilsə, daha yaxşı olar.

Yaxınlarından əldə etdiyimiz informasiyaya görə, onlar özlərini qayığa bağlayıblar ki, külək zamanı suya düşüb boğulmasınlar. Tapılanda da idmançıların meyiti qayığın içində olub. İlkin versiyaya görə idmançılar acından və susuzluqdan ölüblər.

Hazırda Sumqayıt şəhərində idmançıların meyitləri ailələrinə təhvil verilib və onları dəfn etməyə aparıblar.

Burada belə bir sual ortaya çıxır ki, əgər idmançılar daim suyun üzündə olublarsa, axtarış edən qurumlar niyə onları bu günə qədər tapmayıblar? Daim suyun üzündə olan qayıqlar necə olub ki, görünməyib? Məntiqə əsasən, ya axtarış lazımi qaydada aparılmayıb, ya da mətbuat üzərindən “axtarışlar davam edir” kimi xəbərlər verərək “aparılıb”.

Yeri gəlmişkən, ekstremal idman növləri ilə məşğul olan Nüsrət Nəzərzadə Tufandağda itkin düşən alpinistlərlə dost olub. Dostların meyitlərinin tapılmasında da oxşarlıq var. Alpinistlərin meyitləri havalar isinib qar əriyəndən sonra, Xəzərdə itkin düşənlərin meyitləri də, rezin qayığın “Neft Daşları” yaxınlığına gəlməsindən sonra aşkarlanıb.//yenicag.az

Son xəbərlər