Mojo.az Banner
18:08 Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI  |     17:56 Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu  |     17:53 Qadını zorlayaraq öldürən şəxslərə AĞIR CƏZA  |     17:41 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb  |     17:28 Hörmüz boğazında ticarət gəmisi vuruldu: Yaralılar var  |     17:16 MİDA 13 obyektini hərraca çıxarır  |     16:55 Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ  |     16:12 “Sadəcə estetik əməliyyatdır” deyib keçməyin — Həkimdən XƏBƏRDARLIQ  |     16:11 “Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb  |     16:09 Bakının mərkəzində skuterdən yıxılan 42 yaşlı kişi ölüb.  |     16:07 Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ  |     16:04 Bakıda avtomobil piyadanı vurdu - Sürücü vəfat etdi  |     16:02 Mal əti bahalaşdı: Bundan sonra hər ay qiymətlər...  |     16:00 Özünüməşğulluq proqramı işsizliyi azaldırmı? – İqtisadçıdan SƏRT AÇIQLAMA  |     15:53 Çin yükləri uğrunda Xəzərdə rəqabət güclənir: Türkmənistan və Özbəkistanın rolu artır  |     15:47 Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı  |     15:36 “Sabah verəcəyik” deyib maaşınızı aylarla gecikdirirlər? – 25 min manatadək CƏRİMƏ  |     15:27 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü  |     13:41 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO  |     13:36 Azərbaycanda yeni iş yerləri yaradılacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Şagirdlərin qiymətləndirilməsində dəyişiklik olacaq

24.05.2018 14:34 1 663
Şagirdlərin qiymətləndirilməsində dəyişiklik olacaq
Gələn tədris ilindən azyaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur.

Bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında çıxışı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil İnstitutu ilə birlikdə bu istiqamətdə işlər həyata keçirilir, tədqiqatlar aparılır:

“Düşünürəm ki, xüsusi olaraq aşağı yaş qrupunda olan şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq”.

Nazir deyib ki, respublika fənn olimpiadalarında iştirak edən şagirdlərin ali məktəblərə imtahan zamanı göstərdiyi nəticələr onlarda var.

C.Bayramovun sözlərinə görə, onların qəbul imtahanında olan nəticələri ilə olimpiadada iştirak etdikləri fənlər üzrə elə də böyük fərq yoxdur.

Nazir bildirib ki, aşağı nəticə coğrafiya fənnindən qalib gələn şagirdlərdə müşahidə olunur ki, onların da topladığı orta bal 648-dir:

“Riyaziyyatdan qalib olan şagirdlərin topladığı orta bal isə 686-dır. Bu bir daha onu sübut edir ki, orta səviyyəli istedada malik olan şagird respublika fənn olimpiadasında yer qazana bilməz. Bu, mümkün deyil. Bu şagirdlər 8-ci sinifdən olimpiadalarda iştirak edirlər. Burada müşahidə edirik ki, onlar 10-11-ci sinifə çatanda olimpiadalara üz tutmurlar.

Respublika fənn olimpiadasının fərqli proqramı var və buna xüsusi hazırlaşmaq lazımdır. Onlar da qəbul imtahanlarına görə hazırlıqlara getdiklərindən bu istiqamətdə hazırlaşmırlar”.скачать dle 11.3
Mojo.az Banner