Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda avtobusa silahla daxil olan şəxs atəş açacağı ilə hədələyib, polis onu zərərsizləşdirib

23.05.2018 17:04 27 694
Bakıda avtobusa silahla daxil olan şəxs atəş açacağı ilə hədələyib, polis onu zərərsizləşdirib
Polis avtobusda qadına qarşı nalayiq hərəkətlər edən silahlı şəxsi zərərsizləşdirib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, mayın 22-də saat 22:00 radələrində Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə şöbəsinin əməkdaşı, polis serjantı Coşqun Sadıqov işdən sonra “Memar Əcəmi” metrostansiyasının yaxınlığından Xırdalan şəhərinə getmək üçün 135 nömrəli avtobusa minib.

Bir neçə dayanacaqdan sonra avtobusa minən bir nəfərin qeyri-etik hərəkətləri hər kəsin diqqətini cəlb edib, sərnişinlərin haqlı narazıqlarına səbəb olub.

Mülki geyimdə olan C.Sadıqov bir neçə dəfə ondan özünü intizamlı aparmasını tələb edib. Lakin sərxoş vəziyyətdə olan şəxs deyilənlərə məhəl qoymadan avtobusdakı qadınlardan birinə yaxınlaşaraq nalayiq hərəkətlər etməyə başlayıb.

Bu zaman qadının yaxını olan kişi ilə onun arasında mübahisə başlanıb və Xırdalan şəhərindəki dayanacaqların birində onlar avtobusdan eniblər.

Sərxoş halda olan şəxs pencəyinin altından çıxardığı tapançanı onlara tərəf tuşlayıb, atəş açacağı ilə hədələməyə başlayıb. Bunu görən polis əməkdaşı cəld tərpənərək mübahisəyə müdaxilə edib, əlbəyaxa döyüş fəndi tətbiq edərək onu tərksilah edib, silahı həmin şəxsin əlindən alıb.

Tərksilah etdiyi şəxsi saxlayaraq dərhal hadisə barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə məlumat verib. C.Sadıqov həmin şəxsi və maddi sübut kimi “Naqan” markalı tapançanı yeddi ədəd patronla birlikdə hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayının 10-cu bölüyünün əməkdaşlarına təhvil verib.

Son xəbərlər