Mojo.az Banner
16:11 “Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb  |     16:09 Bakının mərkəzində skuterdən yıxılan 42 yaşlı kişi ölüb.  |     16:07 Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ  |     16:04 Bakıda avtomobil piyadanı vurdu - Sürücü vəfat etdi  |     16:02 Mal əti bahalaşdı: Bundan sonra hər ay qiymətlər...  |     16:00 Özünüməşğulluq proqramı işsizliyi azaldırmı? – İqtisadçıdan SƏRT AÇIQLAMA  |     15:53 Çin yükləri uğrunda Xəzərdə rəqabət güclənir: Türkmənistan və Özbəkistanın rolu artır  |     15:47 Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı  |     15:36 “Sabah verəcəyik” deyib maaşınızı aylarla gecikdirirlər? – 25 min manatadək CƏRİMƏ  |     15:27 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü  |     13:41 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO  |     13:36 Azərbaycanda yeni iş yerləri yaradılacaq  |     13:32 Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib  |     13:19 37 yaşlı musiqiçi evində ölü tapıldı  |     13:11 Bakıda səfərdə olan Ermənistanın kəşfiyyat rəhbəri İrəvana niyə gec qayıdıb?  |     13:02 Paşinyan: "İlk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq"  |     13:01 Azərbaycan nefti bahalaşdı  |     12:53 Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB  |     12:43 Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT  |     12:39 Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Banklarda tualetdən istifadə qadağandırmı? – VİDEO

23.05.2018 14:00 2 415
Banklarda tualetdən istifadə qadağandırmı? – VİDEO
ARB TV-nin “Günə doğru” verilişində son günlər banklardakı sanitar qovşaq qalmaqalı haqda maraqlı sujet yayımlanıb.

Aparıcı Tunay Əliyevanın sosial şəbəkələrə paylaşdığı bu video qısa zaman ərzində gündəmi zəbt etdi. O, bankda müştərilərə sanitar qovşaqdan istifadəyə icazə verilməməsini təhqir hesab edib. Aprıcının bu paylaşımına bankdan da cavab gecikməyib.

Bankın açıqlamasında bildirilir ki, filial və şöbələrdə xüsusi qovşaq yalnız işçi personalının təbii ehtiyyacları üçündür, müştərilərın tualetdən istifadəsinə icazə yoxdur. Bankın bu açıqlaması aparıcını razı salmasa da, məsələ aktuallıqdan düşmür.

Geniş müzakirəyə səbəb olan məsələ ilə bağlı şərh verən ekpertləri bu cür qadağanın bütün banklarda tətbiq olunduğunu deyirlər. Dünyanın əksər ölkələrində bu cür məhdudiyyət var və bu səbəbsiz deyil.

Elmar Nurəliyev (Ekpert): “Bu cür hadisə ABŞ-da baş vermişdi. Orada kamera yerləşdirmişdi. Bu, cinayət pozuntusu idi. Ona görə də qadağalar tətbiq edilib. Müştərinin bankın sanitar qovşağından istifadə etməsində təhlükəsi yoxdur. Kənar müştərinin banka girişi zatən qadağandır. Amma bankın girişində, ya həyətində sanitar qovşaqların quraşdırılması ola bilər”.

Sosioloqların fikrincə, məsələyə hansısa qayda və ya nizamnamə prizmasından yanaşmaq düzgün deyil. Çünki ortada insan faktoru var. Banklar və bu kimi sahələr xidmətləri ilə müştəri məmnunluğunu nəzərə almalıdır. Müştəri rahatlığı inamı artıran amillərdəndir.

Cavid İmamoğlu (Sosioloq): “Onlar müştərinin məmnunluğunu sanitar qovşaqla təyin etmirlər, verdikləri kreditlə, faizlərlə təyin etdiklərini düşünürlər. Amma insani tərəfdən baxsaq, buna icazə verməlidilər”.

Mütəxəssislərin fikrincə, insani və müəyyən mənəvi dəyərlər nəzərə alınaraq xidmət sahələrində mütəlif təlabatların qarşılanması ilə bağlı addımlar atılarsa bunu təqdirə layiq hal kimi qiymətləndirmək olar. Amma yenə də son qərar müəssisə rəhbərləri və onların insafına qalır.скачать dle 11.3
Mojo.az Banner