Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Smartfonlar uşaqların psixologiyasına ZƏRƏRLİDİR – VİDEO

06.06.2018 16:40 2 421
Smartfonlar uşaqların psixologiyasına ZƏRƏRLİDİR – VİDEO
Müasir dövürdə əksər insanlar informasiyanı smartfon və ya kompüter vasitəsilə alır. Xüsusi ilə gənc nəslin nümayəndələri günün bir neçə saatını mobil telefonları ilə keçirir. Bəs yetkinlik yaşına çatmayan uşaqlar gün ərzində smartfondan hansı məlumatları alır?

Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində maraqlı sujet yayımlanıb.

Sakin: “Facebook, İnstagram, WhatsApp-dan istifadə edirəm”.

Sakin: “Sosial şəbəkələrə girirəm. Kim nə qoyub, nə paylaşıb baxıram”.

Göründüyü kimi gün ərzində gənclərin əksəriyyəti sosial şəbəkələrdə müxtəlif şəkillərə və videolara baxmaqla zaman keçirir. Valideynlər bildirir ki, nəinki yeniyetmələri, azyaşlı uşaqları belə kompüter və telefonlardan ayırmaq çətinləşib. Onlar problemdən çıxış yolunu xüsusi qadağanedici proqramlardan istifadədə görür.

Psixoloqlar bilir ki, uşaqlarda informasiya mədəniyyətinin formalaşdırılmasında valideynlərin bilavasitə rolu var. Valideynlər uşaqları intelektual oyunlar oynamağa sövq etməli, onları nəzarətdən kənar buraxmamalıdır.

Mehriban Mütəllimova (psixoloq): “Artıq yeniyetmə yaşına çatana kimi uşaqların xəbərləri izləməsini düzgün görmürəm. Çünki orada gördükləri pis hadisələr onlarda mənfi emosiyaların yaranmasına gətirib çıxarır”.

Gün ərzində övladına nəzarət imkanı olmayan valideynlər xüsusi proqramlarla onarın kompüter və smartfondan istifadəsinə məhdudiyyətlər qoya bilər. Sözügedən qadağanedici proqramlar provayder vasitəsi ilə və ya azyaşlıların istifadəsində olan cihazın müvafiq funksiyaları ilə aktivləşdirilir.

Valideynlər həmçinin bilməlidir ki, sözügedən cihazlardan övladlarının istifadəsinə tam qadağa qoymaq düzgün deyil. Çünki müsair dövr üçün bu uşağı bəzi sahələrdə inkişafdan ləngidə bilər. Yeni texnologiyadan istifadə müasir uşaqların əsas üstünlüyüdür. Lakin bu istifadə düzgün istiqamətləndirilmədikdə arzuolunmaz nəticələr verə bilər.скачать dle 11.3
Mojo.az Banner