Mojo.az Banner
21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |     19:43 Ceyhun Bayramov Ferit Hoxa ilə görüşdü  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkmənistanda “77” rəqəmi olan nömrələr yığışdırılır

22.05.2018 12:20 4 912
Türkmənistanda “77” rəqəmi olan nömrələr yığışdırılır
Türkmənistanda yol polisləri dövlət qeydiyyat nömrəsində “77” rəqəmi olan avtomobillərin “ovu”na başlayıb.

Median.Az
“Radio Azatlık”a istinadla xəbər verir ki, bu nömrələr sürücülərdən alınır, onların əvəzinə isə yeni nömrələr verilir.

Mənbənin verdiyi məlumatına görə, son bir həftədə Daçiqursk vilayətində aparılan reydlər zamanı belə dövlət qeydiyyat nömrəsi olan maşınların hamısı müvəqqəti saxlama məntəqəsinə aparılıb.

Polislər avtomobil sahiblərinə bunun yuxarıdan verilən əmr olduğunu bildirsə də, bunun hansı səbəbdən aparıldığını açıqlamaya bilməyiblər.

Qeyri-rəsmi məlumatlara görə, “77” rəqəmi olan bütün nömrələr Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun qohumlarına təqdim olunacaq. Bu nömrə sahibləri toxunulmaz olacaq, onların qayda pozuntusu zamanı saxlanılması qadağan ediləcək.

Bu versiya nədən irəli gəlir?

Reydlərdən biri zamanı polis inspektoru Berdımuhammedovun qohumunu saxlayıb. Bu zaman həmin şəxs prezidentə hadisə ilə bağlı şikayət edib. Türkmənistan prezidenti hadisədən sonra ölkənin daxili işlər naziri İsgəndər Mulikova şiddətli töhmət verib.скачать dle 11.3
Mojo.az Banner