Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hər kəs qəbirstanlıqda baş verən bu biabırçılıqdan danışır - VİDEO

18.05.2018 11:33 4 068
Azərbaycanda hər kəs qəbirstanlıqda baş verən bu biabırçılıqdan danışır - VİDEO
Bakıda qəbirstandan oğurluq edilib. Naməlum şəxs və ya şəxslər bahalı materialdan olan başdaşlarındakı heykəlləri oğurlayıblar. Hadisə II Fəxri Xiyabanda və ona yaxın olan Yasamal qəbristanında baş verib.

Bir gecədə iki qəbiristan qarət edilib.

Median.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə II Fəxri Xiyabanda və ona yaxın olan Yasamal qəbiristanında baş verib. Bir nəfər ərazi üzrə 28-ci polis bölməsinə məlumat verib ki, Yasamal məzarlığında qohumu Cəfər Quliyevin qara mərmərdən hazırlanan heykəlini kəsib aparıblar. Həmin məzarı təmizləyən qadının sözlərinə görə, hadisə bir neçə gün əvvəl baş verib.

Məlum olub ki, bu, qəbiristanda ilk hadisə olmayıb. Orda digər məzarlara da hörmətsizlik edilib.

Qeyd edək ki, cinayətkarlar Nadir Əliyevin və İsgəndər Cəfərovun mərmərdən olan heykəllərini kəsib oğurlayıblar. Ərazidə başdaşı düzəltməklə məşğul olan usta deyir ki, həmin materaiallar bahalıdır. Ərazidə çəkiliş apardığımız zaman müəyyən etdik ki, qəbirlərin birində qızılı rəngdəki abidəni də oğurlamağa cəhd ediblər, amma görünür söküb çıxara bilməyiblər. Qəbiristanda təmizlik işləri ilə məşğul olan qadınların sözlərinə görə, son vaxtlar məzarlıqlar hədəfə götürülüb, mis və bürüncdən olan nə varsa sökərək oğurlayırlar.

Belə hadisələrin baş verməsini məzarlığın işçiləri ilə yanaşı, şəhər sakinləri də pisləyirlər.

Baş verən hadisə qəbiristanın təhlükəsizliyini də gündəmə gətirir. Qəbiristanın nəzarətçisini tapa bilməsək də, təmizlik işçiləri bildirdilər ki, onların iş vaxtı səhər saat 8-dən axşam saat 6-ya qədərdir. Onlar bu müddət ərzində qəbiristanda gəzib nəzarət edirlər. Ehtimal edilir ki, bu çirkin əməllər gecə saatlarında törədilir. Hər halda fakt polis tərəfindən araşdırılır.

Son xəbərlər