Mojo.az Banner
12:46 Fransada 10 yaşlı uşaq qadını öldürməyə cəhd göstərdi  |     12:19 Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq  |     12:12 Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək  |     12:11 Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə edən sürücü saxlanılıb  |     12:10 Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib - FOTO  |     12:01 Azərbaycan nefti ucuzlaşdı  |     11:59 Keyfiyyətsiz yanacağın gizli əlamətləri  |     11:58 Niyə bəzi dərmanları gecə, bəzilərini isə səhər içməliyik?  |     11:53 Gürcüstan parlamentinin sədri Bayden administrasiyasını ittiham etdi  |     11:37 Balıqçı gəmiləri və ov alətləri dövlət sistemində qeydiyyata alınacaq  |     11:31 Astarada sahibkar mağazasında ÖLDÜ  |     11:27 Toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı elektronlaşdırılır  |     11:11 Məşhur general 10 il sonra AZADLIĞA ÇIXDI  |     10:47 Bakıda 4 gün əvvəl dənizdə batan oğlanın meyiti TAPILDI  |     23:06 50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?  |     23:00 "Koroğlu" yaxınlığında hərəkət istiqamətləri dəyişdirildi (VİDEO)  |     22:53 Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verdi  |     22:48 Salyanda yol qəzası olub, xəsarət alanlar var  |     22:41 Qurban Qurbanov DÇ-də hansı komandaya azarkeşlik edir? (VİDEO)  |     22:35 Paşinyanı dəstəkləyənlərin Rusiyaya buraxılmamasını təklif etdi (Video)  |    
Left Banner
Right Banner

İntihar edən abituriyentin babası Zaur Baxşəliyevi günahlandırdı - VİDEO

16.05.2018 14:48 2 682
İntihar edən abituriyentin babası Zaur Baxşəliyevi günahlandırdı - VİDEO
Xəbər verdiyimiz kimi, mayın 13-ü qəbul imtahanından çıxandan sonra 17 yaşlı Pənah Quliyev gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib. Hadisə ilə bağlı Kütləvi İnformasiya Vasitələrində kifayət qədər məqalələr dərc edilib. Amma dünən ATV kanalında Zaur Baxışəliyevin aparıcılığı ilə yayımlanan "Bizimləsən” verilişində 17 yaşlı Pənah Quliyevin ölümü ilə bağlı aparılan müzakirələr mərhmun ailəsinin ciddi narazılığına səbəb olub.

Median.Az
xəbər verir ki, Pənah Quliyevin babası Neymət Bayramov unikal.org-a açıqlamasında deyib ki, ailəsi elektron KİV-lərdə nəvəsinin ölümü ilə bağlı yayımlanan xəbərlərdən narazı deyil.

Amma N.Bayramov tele-aparıcı Zaur Baxışəliyevin nəvəsi ilə bağlı fikirlərinin ailədə ciddi narahatlıq doğurduğunu deyib: "Mərhum nəvəmi körpəlikdən mən saxlamışam. Məni qoyub nəvəmlə bağlı kimdənsə "yarımçıq məlumat” almaq heç bir məntiqə sığmır. Hazırda anasının vəziyyəti məlum hadisə ilə bağlı çox pisdir”.

Mərhumun babası söhbət əsnasında ağlayaraq bunları deyib: "Mən, Pənah Quliyevin babasıyam, onu özüm böyütmüşəm, bu itkini izah etmək mümkün deyil. Amma səbrimi birtəhər basıb dözürəm, hazırda vəziyyətim normaldır və özümü idarə etməyi bacarıram. Amma Zaur Baxışəliyev kimə istinad edir, kimə arxayın olub bilmirəm... Nəvəm haqqında verilişində ağzına gələni danışır. O kimdir ki, heç bir mənbəyə əsaslanmadan nəvəmin ölümündən verilişində şou yaradıb. Milli mənəvi əxlaqımıza yad olan sözlər danışıb. Zaur əsassız olaraq bildirib ki, nəvəm Pənah Quliyevin intiharı var-dövlət üstündə olub. A kişi, 17 yaşlı uşağın var-dövlətlə nə əlaqəsi ola bilər? Sənin bu açıqlamava mən nə deyim? Ayıb olsun, insanların heysiyyatı ilə oynamaq olmaz. Bunları efirə necə buraxıblar”.

Neymət Bayramov heç bir əsası olmadan Zaur Baxışəliyevin nəvəsi ilə bağlı səsləndirdiyi fikirlərinə görə, Milli Televiziya Radio Şurasına müraciət edəcəyini və təkzib olunmazsa, məhkəməyə kimi gedib çıxacağını dilə gətirib: "Mən, sizin vasitənizlə MTRŞ-ya səslənirəm. Zaur Baxışəliyev intihar edən nəvəm barədə verilişində əsassız fikirlər səsləndirib. Xahiş edirəm, onun barəsində ölçü götürəsiniz. Buradan Zaur Baxışəliyevə də müraciət edirəm. Bəsdir, kiminsə ölümündən şou yaratdın. Bəsdir, özüvə süni tamaşaçı auditoriya yaratdın”.


скачать dle 11.3
Mojo.az Banner