Mojo.az Banner
16:59 Bu küçələrdə xüsusi avtobus zolaqları yaradılacaq  |     16:49 Azərbaycanda hüquqi aktların Dövlət Reyestrinə daxil edilmə qaydasında DƏYİŞİKLİK  |     16:42 “Space”in yeni rəhbəri kimdir? - DOSYE  |     16:41 Azərbaycanda bəzi cərimələr ləğv olunacaq  |     16:17 "Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ  |     16:08 Qaraheybət təlim mərkəzində bədbəxt hadisə  |     15:44 Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilliyə AĞIR CƏZA  |     15:29 Kollecə hazırlaşanların DİQQƏTİNƏ: Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI  |     14:56 Ötən ay 18 nəfər dövlət sərhədini pozduğuna görə saxlanılıb  |     14:31 Günəşdə güclü partlayış baş verib - Maqnit qasırğası ola bilər  |     13:43 Klinikadan 5000 manat oğurlayan kassir saxlanıldı  |     12:52 Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ - Saxlanılanlar var - Video  |     12:48 Azərbaycanda onlarla aptekdə NÖQSANLAR aşkarlanıb  |     12:30 Milli və xarici valyutada əməliyyatların aparılması qaydalarında dəyişiklik edilib  |     12:21 Birinci sinfə qəbulla bağlı yaranan SUALLARIN CAVABLARI  |     12:20 Dövlətə xəyanətə görə Turalbəy Mehdiyevə HÖKM OXUNDU  |     12:19 Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ  |     12:17 Gəncədə 22 yaşlı qadın BIÇAQLANDI: Əri saxlanıldı (Yenilənib)  |     12:15 Sumqayıtda 66 yaşlı kişi hamamda yıxılaraq ÖLDÜ  |     12:15 İşləyən vətəndaşların pensiyaları nə qədər artacaq? - FOTO  |    
Left Banner
Right Banner

Müharibə veteranı evini niyə yandırdı? - ARAŞDIRMA (FOTO + VIDEO)

15.05.2018 12:03 4 034
Müharibə veteranı evini niyə yandırdı? - ARAŞDIRMA (FOTO + VIDEO)
Oxu.az-ın müxbiri və Baku tv-nin çəkiliş qrupu sosial şəbəkədə rezonans doğuran hadisənin detallarını araşdırmaq üçün hadisənin baş verdiyi Fatmayi kəndinə yollanıb.

Məlumatlara görə, mayın 11-də Abşeron rayonu, Mehdiabad qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Qarabağ müharibəsi əlili Fuad Arif oğlu Əkbərov Abşeron rayon icra hakimi İrada Gülməmmədovaya etiraz əlaməti olaraq Fatmayi kəndindəki birmərtəbəli evinə od vurub.

Onun sözlərinə görə, icra hakiminin adamları onun evini dağıtmaq istəyiblər. F.Əkbərov videomüraciətində deyib ki, Gülməmmədovanın adamlarına rüşvət verməkdən boyun qaçırdığı üçün döyülüb.

İcra hakimiyyəti Əkbərovun bu iddialarını təkzib edib və onun sözlərini "təxribat" adlandırıb. İcra hakimiyyətinin bu açıqlamasına etiraz əlaməti olaraq, Qarabağ veteranı evinə od vurub.

Bəs görəsən, Qarabağ veteranını bu addımı atmağa nə vadar edib? Əkbərovun qonşuları bildirib ki, o, adekvat və qanuna əməl edən şəxsdir.

“Heç kim ondan bu hərəkəti gözləmirdi. Ola bilsin ki, onun əsəbləri korlanıb. İcra hakimiyyətinin adamları bir müddət öncə bizim kənddə bir nəfəri də döyüblər. Həmin şəxs restoran sahibidir.

O, icra hakiminin adamlarına rüşvət verməkdən boyun qaçırıb. Fuadın harada olduğunu heç kim bilmir. Söhbət gəzir ki, o, ölkəni tərk edib və Gürcüstana gedib”, - Əkbərovun qonşusu bildirib.

Öyrəndik ki, Əkbərovun Abşeron ərazisində daha bir evi var. Həmin evə yollandıq. Bizi Fuadın həyat yoldaşı, 1970-ci il təvəllüdlü Əkbərova Tamam Cəmil qızı qarşıladı.

Onun sözlərinə görə, həyat yoldaşı özünə qəsd etmək istəyib. Ancaq onu xilas etmək mümkün olub. “Biz dövlətimizi sevirik və qanunlara tabeyik. İnsanları bu hala salmaq olmaz”, - qadın deyib.

 Qadın ərinin harada olması ilə bağlı sualı cavabsız qoyub. Bundan sonra biz icra hakimiyyətinə yollandıq. Uzun sürən söhbətdən sonra onlar bizə müsahibə verməyə razı oldular. Abşeron rayon İH-nin mətbuat katibi Seymur Qasımov kamera qarşısında danışmaq istəmədi.

O, yalnız müxbirin suallarını cavablandırdı.

– Nə baş verib? Qarabağ veteranı öz evini niyə yandırıb və İH-nin buna nə aidiyyəti var?

– Fuad Əkbərov İH-nə qarşı sabotajı əvvəlcədən hazırlayıb. Bax, buna görə o, bütün baş verənləri videoya çəkib və sosial şəbəkədə yayıb.

– Sabotaj onun nəyinə lazımdır? O kimdir?

– O, burada daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur, burada hamı onu tanıyır. O deyib ki, İH nümayəndələri ondan rüşvət tələb edib. Belə bir hadisə olmayıb. Eləcə də, onun döyülməsi yalandır.

– İnternetdə qanlar içində olan Fuad Əkbərovun kadrları var.

– Bu, planlaşdırılıb. Hər şey əvvəlcədən yazılmış ssenari üzrə gedib. O, qəsdən televiziya əməkdaşlarını çağırıb və bu hadisəni lentə alıb. İcra hakimiyyətinin nümayəndəsi qeyd edib ki, bu faktla əlaqədar Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb. Cinayət işi prokurorun müavini Elçin Mahmudov tərəfindən aparılır. Çəkiliş qrupumuz Mahmudovla danışmağa nail olub. O, bu faktı təsdiq edib. “Araşdırma aparılır. Biz tərəfləri dindirmişik. İstintaq başa çatdıqdan sonra geniş informasiya veriləcək”, - prokuror müavini bildirib.

Maraqlı detal

Məsələni araşdırarkən oxu.az-ın müxbirinə polis əməkdaşı yaxınlaşdı və bildirdi ki, guya Əkbərov öz evini kafeyə çevirmək istəyib, ancaq buna icazəsi olmayıb. Bu səbəbdən Əkbərov ilə İH arasında insident baş verib. Bundan sonra çəkiliş qrupumuz daha bir maraqlı məlumat əldə etdi.

Qonşuların sözlərinə görə, Əkbərovu Abşeron İH-nin “Kaçok” kimi tanınan Baba adlı əməkdaşı döyüb.




Budur o...

Bizə danışan, ancaq adlarının açıqlanmasını istəməyən şəxslərin hamısının Fuad Əkbərovla yaxşı münasibətləri olub. Ev tikmək və ya başqa işlər üçün onlar tez-tez Fuada müraciət ediblər.

Fuad danışmaz əmlak məsələlərində İH ilə aşağı qiymətlərlə razılaşa bilib. “Ola bilsin ki, sonuncu dəfə razılaşmalar zamanı nə isə düz getməyib və işə “Kaçok” (Baba - red.) qarışıb”, - Fatmayi kəndinin sakinləri deyib.

Əkbərovun ifadəsindən:

 “Mayın 11-də Abşeron rayon İcra Hakimiyyətinin adamları ağır texnika ilə evimi uçurmağa çalışdılar. Onlar evin qapısının karkasını dağıtmağa nail oldular. Onlara mane olmaq istədikdə məni döydülər. Onların acığına evimə od vurdum”.

Əkbərov və həyat yoldaşı haqqında məlumat da əldə edə bildik. Əkbərov uzun müddət Azərbaycan MTN-nin əks-kəşfiyyat idarəsində çalışıb, Qarabağ müharibəsində iştirak edib, ikinci qrup əlildir. Onun həyat yoldaşı isə Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşıdır.скачать dle 11.3
Mojo.az Banner