Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI |
Mojo.az Avto
Mojo.az Avto

Süpürgəçilərə verilən işıqlı jiletləri kim “oğurladı”? – VİDEO

04.05.2018 17:17 2 049
Süpürgəçilərə verilən işıqlı jiletləri kim “oğurladı”? – VİDEO
Bu ilin mart ayında süpürgəçinin iş başında olarkən maşınla vurulduqdan sonra ölməsi əks-səda doğurdu. Onun qan içərisində olan cəsədini əks etdirən fotonun geniş yayılması məsələni bir qədər şişirtdi. Bundan sonra nəqliyyatın instensiv hərəkət edən yolların texnikalar vasitəsilə təmizlənməsi təklifi gündəmə gəldi. Çox keçmədi, xadiməçilərin və dövlət qurumlarının məsul şəxslərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi süpürgəçilərə xüsusi işıqlı jiletlər təqdim etdi. Bu addım da müəyyən qədər insanlar tərəfindən tənqid edildi.

İctimaiyyət qarşısında təhlükəsizlik üçün paylanılan jiletlərdən təmizlikçilər həqiqətənmi istifadə edə bilirmi? Minval.info əməkdaşı deyilənlərin əksinin şahidi olub və bunu lentə alıb. Belə ki, gecə saatlarında Xırdalan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yaşlı xadimə maşın yolunda təmizlik işi ilə məşğul olub. Xadimənin 23:30-dan 00:30-dək yolun həm qaranlıq, həm də qismən işıqlı hissəsində yolu süpürdüyünün şahidi olduq.

Özündən bu barədə soruşduqda isə "bizim idarə jilet vermir” cavabını aldıq. Qeyd edək ki, ölkəmizdə asfalt örtüyünün yaxşı vəziyyətdə olduğu yollarda nəqliyyat vasitələrinin sürətlə hərəkət etdiyindən xəbərdarıq. Əgər həmin yolda "MMX” radarı yoxdursa, təbii ki, buradan şütüyən avtomobillərin sürücülərinin əksəriyyəti sürət həddinə diqqət etmirlər. Bu səbəbdən hansısa süpürgəçinin belə yollarda həyatı ilə vidalaşması an məsələsidir.

Son xəbərlər