Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Aysun baş həkimlə bağlı şok faktları açıqladı: "Uşaq götürmək üçün 10 min manat pul istədi" - FOTOFAKT

03.05.2018 18:05 3 910
Aysun baş həkimlə bağlı şok faktları açıqladı:
Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva haqqında yeni iddialar ortaya atılıb.

Bu barədə müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İnstaqram hesabında məlumat paylaşıb. Belə ki, Körpələr Evindən himayəyə uşaq götürənlər və onların yaxınları baş həkimə verdikləri pullar haqqında Aysuna mesaj yazıblar.

Həmin insanlar Körpələr Evindən uşaq götürmək üçün 10 min manat verdiklərini iddia edib. Onlar bildiriblər ki, övladlığa uşaq götürmək istəyənlər bu məbləği vermədikdə baş həkim uşağı verməkdən boyun qaçırıb.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İnstaqram hesabında Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimlərin avtomobillə başqa yerə daşınması ilə bağlı görüntülər paylaşıb. Baş həkimin "yuyulmaq üçün aparılan yataq üzlükləridir” açıqlamasından sonra Aysun daha bir video yayaraq, ərzaq daşındığı iddiasını görüntülərlə təsdiqləyib.

Səhiyyə Nazirliyi isə bu gün rəsmi açıqlamada məlumatın araşdırıldığını və videonun təhrif olunmuş formada ictimaiyyətə təqdim edildiyini bildirib.

""Araşdırma nəticəsində məlum olub ki, video görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim olunub. Videoda açıq-aydın görünür ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb”, - Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.
/azxeber.com



 

 


 


 

Son xəbərlər