Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ verilə bilər - VİDEO

25.04.2018 18:55 2 634
Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ verilə bilər - VİDEO
Median.Az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində ali məktəbə qəbul olmayan gənclərə hərbi xidmətdən möhlət verilməsi ilə bağlı maraqlı sujet yayımlanıb.

Ali məktəbə qəbul ola bilməyən gənclərə hərbi xidmətdən möhlət hüququ verilə bilər. Ancaq hələki bu mexanizim üzərində iş gedir. Təhsil haqqında qanuna edilən dəyişikliyə görə universitetlərin nəzdində bu il hazırlıq qurupları yaradılacaq. Bu quruplarda ali məktəblərə imtahan zamanı keçid balını toplamayan abituriyentlər müəyyən məbləği ödəməklə yenidən hazırlaşa bilər. Burada ortaya çıxan məsələ isə həmin quruplarda oxuyan oğlanların hərbi xidmətə çağırılıb çağırlmaması məsələsidir.

Aydın Mirzəzadə - Millət vəkili: "Bu gün fikir həmin gənclərə möhlət hüququnun verilməsidir. Detallar götür-qoy ediləndən sonra Milli Məclisin müzakirəsinə veriləcək".

Təklif edilən qanun qüvvəyə minərsə, bu cəmiyyətdə daha çox təhsilli gəncin olması deməkdir. Reallıq isə onu deyr ki, hərbi xidmətdən qayıdan gənc çox nadir hallarda təhsil almaq fikrində olur. Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, qanun qəbul olunandan sonra ali təhsil sektorunda xüsusi canlanma baş verəcək:

"Bunu etməklə daha çox gənc təhsil alacaq. Bu və ya digər yollarla xarici universitetlərdə oxuyan gənclərin problemləri aradan qalxacaq".

Kursların təşkili bütün universitetlər də olmayacaq. illkin mərhələdə bu özəl ali təhsil müəssələrində qəbul planı tam dolmamış ixtisaslar üçün yaradılması nəzərdə tutulur. Ekspertlər hazırlıq kurslarının təşkilini cəmiyyətdə ədalət prinsipinin pozulmasına gətirib çıxacağını düşünür. Təhsil üzrə ekspert Elvin bədirli hazırlıq qurupunda oxuyacaq oğlanlara möhlət hüququnun verilməsini bu kurslara marağın artırılmasına xidmət etdiyini deyir.

Elvin Bədirli - Təhsil eksperti: "Sırf tələbə olmaq istəyənlər hazırlıq qruplarında möhlət hüququnun verilməsi ehtimalına görə, həmin qruplarda yazılmağa daha maraqlı olsunlar".

Ümumilikdə kursların təşkil olunması həmçinin universitetlərin maddi texniki bazasının möhkəmləndirilməsinə xidmət edəcək. Ancaq bir məsələdə var ki, bu gün müharibə şəraitində yaşadığımız üçün bu orduda xidmət edən əsgərlərin sayına necə təsir edə bilər?

Şair Ramaldanov - Ehtiyyatda olan zabit: "Hazırlıqda oxuyan gənclərsiz tələbatı ödəyə biliriksə, bir problem görmürəm".
скачать dle 11.3
Mojo.az Banner