Mojo.az Banner
22:54 Gümrünün sabiq merinin həbs müddəti uzadıldı  |     22:29 Ağdamda traktorçu minaya düşdü  |     22:16 TƏCİLİ: Sumqayıtda həlak olan gənc partiya sədrinin nəvəsi imiş  |     22:09 Bu şəxslər təltif edildi - SİYAHI  |     22:01 Vüqar Əhməd Elmlər Akademiyasına üzv seçildi  |     21:53 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     21:51 Bakıda iki avtomobil toqquşdu, biri yanacaqdoldurma məntəqəsinə çırpıldı - Tıxac yarandı  |     21:32 Türkiyəli müğənni Güllünün ölümündən sonra mirası bəlli oldu  |     21:23 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:15 Camış ətini dana əti adı ilə təqdim edən restoran bu iş adamınındır  |     21:09 Zelenski Ukraynaya təzminat kreditini müzakirə etmək üçün Aİ sammitində iştirak edəcək  |     21:07 Ağstafada üç uşağını döydüyü iddia edilən ata saxlanılıb - YENİLƏNİB  |     21:00 Şuşada 30 milyon manata yaşayış binaları tikiləcək  |     20:53 "Avroviziya-2026"da tamaşaçılar üçün qaydalar dəyişdiriləcək  |     20:28 Gəncədə məktəbli qayçı ilə ehtiyatsız davrandı, dördüncü sinif şagirdi gözündən xəsarət aldı  |     20:22 Gürcüstan vətəndaşlarının xaricdə səs vermələri qadağan edildi  |     20:12 Putin cizgi filminin qəhrəmanı oldu  |     20:01 Eyni cinayəti dəfələrlə törətmiş şəxsə ağır cəza verildi  |     19:36 Naxçıvanda bir sıra qurumlar birləşdi  |     19:14 Azər Qasımlı Qurbanəli Yusifovu övladları ilə hədələyib? - Məhkəmə istintaqı yekunlaşır  |    
Left Banner
Right Banner

Qəbuldan kəsilənlər də ali təhsil ala biləcəklər? - VİDEO

17.05.2019 20:14 1 619
Qəbuldan kəsilənlər də ali təhsil ala biləcəklər? - VİDEO
Tələbə olmaq, ali məktəbə qəbul olmaq əksər gəncin arzusudur. Amma, bəzən abituriyentlərin ali məktəbə qəbul imtahanında az bal yığması bu arzunun reallaşmasına imkan vermir. Bu baxımdan ali məktəblərdə hazırlıq qrupları yaradılır.

Median.Az
xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

2017-ci ildə Təhsil haqqında qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması nəzərdə tutulub.

Bu ildən fəaliyyət göstərəcək hazırlıq qruplarına ali məktəblərə qəbul imtahanlarında keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçiminə buraxılmayan abituriyentlər qəbul ediləcək.

Kamran Əsədov - Təhsil Eksperti: "Burda təhsil 1 ildir. Hazırlıq qrupunda oxuyan şəxslər tələbə adına, tələbə hüququna malik deyil. Onlar təhsil aldıqları müddətdə hərbi xidmətdən möhlət hüququna malikdilər".

Hazırlıq qrupları qəbul planları kəsirlə yerinə yetirilən, tələbə axını bir qədər az olan ali təhsil müəsissələrində fəaliyyət göstərəcək. Məqsəd belə ali təhsil müəssisələrində yaranan boşluğu aradan qaldırmaqdır.

Kamran Əsədov - Təhsil Eksperti: "Onlar təhsilllərini başa vurduqdan sonra birbaşa universitetə qəbul olmaq hüququna malik olmayacaqlar. Onlar 1 il təhsil aldıqları müddətdə əldə etdikləri bilik-bacarıqlardan yekunda buraxılışı imtahanı verəcəklər. Əgər buraxılış imtahanının nəticəsi müsbət olacaqsa, onlar yalnız təhsil aldıqları ixtisas üzrə 1-ci kurs tələbəsi olacaqlar".

Hazırlıq qruplarında təhsil almaq ödənişlidir.

Rasif Dünyamalıyev - Təhsil Meneceri: "Universitetlərə bir imkan yaradıldı ki, yeni bir bazar iqtisadiyyatına ayaqlaşsınlar. Çünki universitetlərin əksəriyəti hələ də dövlət dotasiyası ilə ayaqda durur. Dövlətin yükünü azaltmaq üçün bu qanun qəbul edildi. Amma, hazırda icra olunmamasının səbəbi həmin universitetlərdə rəhbərlik səviyəsində biznes yönümlü düşünənlər yoxdur".

ADPU-nun kafedra müdiri Buludxan Xəlilov isə hesab edir ki, hazırlıq qruplarının təşkil edilməsi üçün qəbul planının tam yerinə yetirilməməsi kifayət deyil, ali məktəblərin maddi texniki bazası da tələblərə cavab verməlidir.

Buludxan Xəlilov - ADPU-nun Kafedra Müdiri: "Universitetlərin korpusları olmalıdır. Universitetlərin imkanları elə olmalıdır ki, audutoriya fondunda həmin hazırlıq kursunu keçəcək abituriyentlərə dərs demək rahat olsun. Bir qisim universitetlər və böyük əksəriyyətində auditoriya fondu bu tələblərə cavab vermir. Ona görə də, 1-ci auditoriya fondunu yaratmaq lazımdır. Ondan sonra bu işi həyata keçirmək lazımdır".

Ekspertlərin sözlərinə görə, hazırlıq qrupları daha çox özəl universitetlərdə təşkil ediləcək. Çünki özəl universitetlərdə plan yerləri çox vaxt dolmur. Bununla belə dövlət ali məktəblərində də hazırlıq qruplarının bu ilin sentyabrından fəaliyyətə başlayacağı gözlənilir.скачать dle 11.3