Mojo.az Banner
18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |     17:24 Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi  |     17:05 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər - Video  |     17:04 Hakan Fidan Bakıya gəlir  |     17:03 Əli Əsədov Laos prezidenti ilə görüşüb - Foto  |     17:01 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab  |     17:00 Azyaşlıya işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"  |     16:51 Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama  |     16:50 Sergey Lavrov sabah Bakıya gəlir  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın yeni baş naziri təsdiqləndi - YENİLƏNİB

21.04.2018 13:21 6 149
Azərbaycanın yeni baş naziri təsdiqləndi - YENİLƏNİB
Deputatlar Novruz Məmmədovun baş nazir postuna namizədliyini təsdiq ediblər.

Səsvermədə 113 nəfər Novruz Məmmədovun lehinə səs verib.

* * * * *

Bu gün Milli Məclisin Azərbaycanın yeni baş nazirinin təsdiqlənməsi ilə bağlı xüsusi iclası başlayıb.

Iclası açan spiker Oqtay Əsədov qeyd edib ki, deputatlar aprelin 11-də ölkədə baş verən hadisənin hələ də sevincini yaşayırlar:

“Demokratik və ədalətli seçkilərdə İlham Əliyevin yenidən prezident seçilməsi xalqın ona verdiyi önəmin böyük nəticəsidir. Onu təbrik edək və işində uğurlar arzulayaq”.

Bu məsələ deputatlar tərəfindən alqışlarla qarşılanıb.

Spiker qeyd edib ki, prezident öz inauqurasiya mərasimini Milli Məclisdə keçirdi:

“Bu da onun Milli Məclisiə etimadının nəticəsidir”.

Daha sonra spiker deyib ki, deputatlar adından prezidentə təbrik məktubu göndərəcəklər.

Sonra spiker dövlət başçısının Milli Məclisə göndərdiyi məktubun mətnini oxyuub. Mətndə bildirilir ki, Novruz Məmmədovun baş nazir vəzifəsi postuna təqdimatına Milli Məclisdə baxılsın.

* * * * *

Milli Məclisin Azərbaycan Respublikası prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın baş naziri vəzifəsinin müzakirəsinə həsr edilən iclası başlayıb.

Iclasa Oqtay Əsədov sədrlik edir.

Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının baş nazirini vəzifəyə təyin edir.

Xatırladaq ki, Artur Rasi-zadə 1996-cı ildən ölkənin baş naziridir.скачать dle 11.3
Mojo.az Banner