Mojo.az Banner
16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |     12:41 Rumıniyada sabiq prezidentliyə namizəd həbs olundu  |     12:38 Ramiz Mehdiyevin məhkəməsi oldu - VİDEO (YENİLƏNİB)  |     12:35 Qisas almaq üçün 68 yaşlı kişini öldürüb su quyusuna atdı - Təfərrüat  |     12:17 Market işçiləri arasında dava: Bıçaqlanan var  |     12:11 Türkiyə səhəri güclü zəlzələ ilə açdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qəribə olay: poçtla narkotik göndərdilər – FOTOLAR

19.04.2018 17:40 1 991
Azərbaycanda qəribə olay: poçtla narkotik göndərdilər – FOTOLAR
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddənin poçt vasitəsilə qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

DGK Mətbuat Xidmətindən daxil olan məlumata görə, Gömrük əməkdaşlarının nəzarətində olan marşrut üzrə Amerika Birləşmiş Ştatlarından Azərbaycan Respublikasına – Bakı şəhərində ailəsi ilə birlikdə yaşayan Amerika vətəndaşı Heather Christine Ulrichin adına invoysda “yuyucu vasitə, əl sabunu, açar qabı, şirniyyat” göstərilən poçt bağlaması daxil olub.

Həmin poçt bağlamasına Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti keçirilib. Gömrük nəzarəti zamanı, xidməti it reaksiya verdiyi üçün bağlama saxlanılıb və yükün sahibi hava limanına dəvət olunub.

Daha sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sözügedən şəxsin iştirakı ilə bağlama təkrar yoxlanılıb. Nəticədə, bağlamanın içində invoysda göstərilən mallardan əlavə Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilən həblər aşkar edilib.

Bunlar – üzərində “Oxycodone-Acetaminophen 10-325” sözləri yazılmış plastik qabda 270 ədəd, üzərində “Hydrocodone-Acetaminophen 7.5-325” sözləri yazılmış plastik qabda 180 ədəd, üzərində “Methylphenidate ER 54 mg tab” sözləri yazılmış plastik qabda 90 ədəd və üzərində “Pjmasks Tangy Candy” sözləri yazılmış iki ədəd polietilen paketdə 10 ədəd həb olub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, üzərində “Oxycodone-Acetaminophen 10-325” markalanma yazısı olan flakondakı 270 ədəd həbin tərkibində ümumilikdə 2,7 qram oksikodon, 87,75 qram asetaminofen; üzərində “Hydrocodone-Acetaminophen 7,5-325” markalanma yazısı flakondakı 180 ədəd həbin tərkibində ümumilikdə 1,35 qram hidrokodon, 87,75 qram asetaminofen; üzərində “Methylphenidate ER 54 mg tab” markalanma yazısı olan flakondakı 90 ədəd həbin tərkibində ümumilikdə 4,86 qram metilfenidat müəyyən edilib.

Oksikodon, hidrokodon preparatları Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına, metilfenidat preparatı Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 11.3
Mojo.az Banner