Mojo.az Banner
SON DƏQİQƏ
17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-dan Azərbaycana poçtla göndərilən marixuana gömrükdə aşkarlandı - FOTO

30.09.2019 19:46 1 174
ABŞ-dan Azərbaycana poçtla göndərilən marixuana gömrükdə aşkarlandı - FOTO
Poçtla ABŞ-dan Azərbaycana göndərilən bağlamadan narkotik çıxıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda Azərbaycan Respublikası vətəndaşının adına ABŞ-dan daxil olan poçt bağlamasına baxış zamanı, həmin bağlamada təmiz çəkisi 27,626 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Narkotik maddə “paltar, şirniyyat, dərman” kimi bəyan olunan poçt bağlamasında, işlənmiş geyim əşyalarının arasından çıxıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, aşkar edilən narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan qurudulmuş marixuanadır.

Marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin I Siyahısı”na daxildir.//oxu.az

скачать dle 11.3

Son xəbərlər