Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Zakir Qaralov "İzvestiya" qəzetini cəzalandırmağı xahiş edir

17.04.2018 17:40 1 801
Zakir Qaralov
Zakir Qaralov Rusiyanın baş prokurorundan "İzvestiya" qəzeti ilə bağlı ölçü götürməyi xahiş edib

Azərbaycanın baş prokuroru Zakir Qaralov rusiyalı həmkarı Yuri Çaykaya müraciət edib.

Qaralovun müraciəti 16 aprel 2018-ci il tarixdə "İzvestiya" qəzetinin informasiya portalında Ermənistanın eks-prezidenti Serj Sarqsyanla müsahibədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağının və digər şüarların nümayiş etdirilməsidir.

Baş prokuror müraciətində ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yol verilmiş qanunazidd hərəkətləri qəti şəkildə pisləyib. Həmçinin qeyd edib ki, informasiya portalının redaksiyası tərəfindən yol verilmiş təxribat Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğurub. Qaralov bu məsələ ilə bağlı Rusiyada obyektiv və ədalətli şəkildə araşdırma aparılacağına, həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, "İzvestiya"nın saytında yayımlanan müsahibəni Serj Sarqsyandan jurnalist Aleksey Zabrodin götürüb. Müsahibədə separatçı Dağlıq Qarabağ rejiminin bayrağının əks olunduğu və "Müstəqil Artsağa xoş gəlmisiniz" sözlərinin yazıldığı bilbordun şəkli yayımlanıb. Müsahibənin suallarından biri Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

1917-ci ildə nəşrə başlamış "İzvestiya" qəzetinin hazırkı baş redaktoru erməni əsilli Arsen Ohanesyandır./sputnik.az

Son xəbərlər