Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Masallıda maraqlı olay: Gəzir, işləyir amma ölü kimi qeydiyyatdadır - VİDEO

17.04.2018 13:12 9 552
Masallıda maraqlı olay: Gəzir, işləyir amma ölü kimi qeydiyyatdadır - VİDEO
Masallı rayonu Mollaoba kəndində yaşayan 1974-cü il təvəllüdlü Əlişir Nurəliyev rayondan aldığı avtomobili öz adına keçirmək istəyərkən gözləmədiyi bir halla qarşılaşıb.

Median.Az
Xəzər TV-yə istinadən məlumat verir ki, Notarius-da onun təqdim etdiyi şəxsiyyət vəsiqəsinin etibarsız olduğu, özünün isə ölmüş şəxs kimi qeydiyyata alındığı bildirilib. Əlişir Nurəliyev rəsmi sənədlərə əsasən düz 35 il əvvəl ölüb. Məsələyə Masallı rayon qeydiyyat şöbəsi də münasibət bildirib.

Sağ ikən öldüyü iddia olunan Əlişir bu cür problemlə 44 il ərzində ilk dəfə qarşılaşdığını deyir. Bu illər ərzində bir neçə dəfə şəxsiyyət və sürücülük vəsiqələrini dəyişən Əlişir Nurəliyev indi necə öldüyünü heç özü də anlamır.

Məsələ ilə bağlı Ədliyyə nazirliyinin Masallı rayon qeydıyyat şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirildi ki, Əlişir Nurəliyev doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ilə birlikdə müraciət etməlidir. Ola bilər ki,sistemdə həmin şəxsin qeydiyyatı səhv düşsün. Məsələ ətraflı araşdırıldıqdan sonra Əlişir Nurəliyevə məlumat veriləcək.

Son xəbərlər