Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

"İki oğlum arasında püşk atdım, birini terrorçulara verdim" – Atanın etirafları şok etdi

12.04.2018 22:02 2 516
"PYD istədiyi üçün iki oğlum arasında püşk atdım, birini göndərdim"

Məhmətçiyin qoruduğu Afrində PYD/PKK-nın bir övladını dağa aparmaq üçün gəldiyini deyən bir ata, "Qızlarımı verə bilməzdim, iki oğlum arasında püşk atıb birini göndərdim" deyib.

Afrin xalqı Türk Silahlı Qüvvətlərinin bölgəyə sakitlik gətirdiyini və ağrı-acılarının bir az da olsa, keçdiyini sözlərinə əlavə edib.

Median.Az Minval.İnfo-ya istinadən xəbər verir ki, evlərini tərk edən bir çox ailə geri qayıtmağa başlayıb. Bir tərəfdən aclıqla imtahan edilib, digər tərəfdən qorxu içində yaşayan əhali türk ordusuna güvəndiyini, özlərini təhlükəsizlikdə hiss etdiklərini deyiblər.

Buna baxmayaraq daha əvvəl PKK tərəfindən övladları əllərindən alınaraq dağa aparılan bir çox ailə də gözü yaşlı qalıb. Hətta oğlunu vermək istəməyən bir çox ailə terroristlər tərəfindən hədələnir, əks halda qızlarının əllərindən alınacağı deyilir. Dövlətin unutduğu bu yerlərdə yaşamaq üçün canlarından bir hissəni qoparıb əli qanlı terroristlərə verməyə məcbur olan əhali, görünür, hələ uzun müddət sözügedən sarsıntının təsirindən çıxa bilməyəcəklər. Türk ordusu isə ərazinin böyük hissəsini həmin terroristlərdən təmizləyib, qaçanların dağlarda izinə düşüb.

Atasından, ailəsindən alınaraq dağlara aparılan 30 yaşındakı Damhaş Kolika türk əsgərlərinin nəzarəti altında olan əraziyə gələrək təslim olub. O, həmin günləri belə xatırlayıb: "Zorla aparıldım. Getməsəydim, bacılarımı aparacaqdılar. Səkkiz ay PYD/PKK tərəfindən tutuldum. Məni əsgər olaraq döyüşməyə məcbur etdilər. Rejim ilə girdiyim atışmalardan biri zamanı ayağımdan yaralandım və 4 ay döyüşə bilmədim. Türk əsgəri gələndə ümid oldu, terroristlər uduzduqları üçün Afrini tərk etdilər. Dedilər ki, rejimlə birləşəcəyik, qaçmırıq. Amma mən bir yolunu tapıb qaçaraq türk əsgərinin mühafizəsi altındakı ailəmin yanına gəldim. Türk əsgərinə qarşı tək güllə də atmadım".

Həbs olunan terroristlərdən birinin etdiyi etiraflar isə əlavə şərhə yer qoymur: "Bizə ingiliscə danışan, qərbli olduğunu düşündüyüm əsgərlər təlim keçdi. Hansı millətə aid olduqlarını bilmirəm. Türkiyə və türk xalqının düşmən olduğunu dedilər. Türkiyənin uduzacağını, çünki ABŞ və Fransanın PYD-nin həmişə arxasında olduğuna bizi inandırdılar".скачать dle 11.3
Mojo.az Banner