Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Ölülərin anılması, çılpaq rəqslər, musiqi, əyləncə – Dünyanın ən maraqlı festivalları – FOTOLAR

12.04.2018 18:02 5 502
Ölülərin anılması, çılpaq rəqslər, musiqi, əyləncə – Dünyanın ən maraqlı festivalları – FOTOLAR
Demək olar ki, dünyanın bir çox ölkələrində fərqli bayramlar, festivallar var. Bu festivallar ölkəlrin qdimliyinin göstəricisidir və müəyyən olunmuş bir gündə keçirilir. 

Keçirilən bu festivallar dinlə, qəhəramanlıq hekayələriylə, yazın gəlişiylə və bir çox məsələ ilə əlaqədar keçirilə bilər.  Bəzən bu festivallar sadəcə əyləncə məqsədilə keçirildiyi kimi, bəzən də batil inancı içərinsində barındıran festivallar da var. İndi bu festivalların qısa tarixçəsinə baxaq.

–       Pomidor festivalı (İspaniya)

Pomidor festivalı (İspaniya) ile ilgili görsel sonucu

İspaniyanın şərqindəki Bonol qəsəbəsində keçirilən və sadəcə iştirakçıların bir-birinə pomidor atmasından ibarət bir festivaldır. 1945-ci ildən bəri avqust ayının son çərşənbəsində keçirilir. Festivalın niyə keçirilməsinə aid hər hansısa bir mifoloji və ya dini bilgi yoxdur, sadəcə əyləncə məqsədiylə minlərlə pomidorun ziyan olduğu bir festivaldır. Festivalın iştirakçılarının sayının artması ilə 2013-cü ildən biletlər pullu oldu.

–       Palçıq festival (Cənubi Koreya)

Palçıq festival (CÉnubi Koreya) ile ilgili görsel sonucu

Cənubi Koreyanın Boryeonq qəsəbəsində 2 milyon insanın qatılımı ilə həyata keçən bir festivaldır. Bu festivalın keçirilimə məqsədi palçığın insan dərisinə faydalarını aşılamaqdır. Festival 1992-ci ildən keçirilən festivalda palçıq vannası, palçıq xizəkləri, palçıq həbsxanaları kimi bir çox əyləncəli oyunlar, yarışlar, musiqi və bir çox başqa fəaliyyətlərlə yadda qalır. Festival iyul ayında başlayır və iki həftə ərzində davam edir.

–       Yanan adam- Burning Man (Amerika)

Burning Man (Amerika) ile ilgili görsel sonucu

Nevada çölündə gerçəkləşdiriln festivalın əsas prinsipi ekoloji bilgi və insanların bərabərliyidir. Festivalın məqsədi sərhədsiz sərbəstlik və barış şəraitində hər şəxsin öz yaradıcılığını ortaya çıxararaq, özünü ifadə sərbəstliyi istiqamətindən bir mədəniyyət yaratmaqdır. 1986-cı ildən bəri bu festivalın əsas prinsipləri hədiyyə vermə, özünə güvən, özünü ifadə etmə, sivil məsuliyyət, səmimiyyət, toplu gücdür. Musiqi və sənət festivalı olaraq adlandırılan festival adını bağlanış mərasimində həyata keçirdikləri bir ritualdan alıblar. Belə ki, bağlanış mərasimində istədikləri bir formada taxtdan adam düzəldib sonda onu yandırırlar.

–       Şərəf yürüyüşü (Hollandiya)

İlgili resim

Amsterda avqust ayının əvvəllərində təşkil olunan festival bu il 10-cu ilinə girir. İlk dəfə 1996-cı ildə təşkil olunur və o gündən bəri yüzlərlə insanın diqqətini çəkən festival rəngarəng geyimlər, rəqslər, musiqilər, şüarlar səsləndirirlər. Festival homoseksual qrupların azadlıq uğrunda mübarizələrində də çox böyük önəm daşıyır. Bu festival artıq dünyanın bir çox ölkələrində keçirilir, lakin buna baxmayaraq Hollandiyada keçirilən festival daha  geniş kütləni əhatə edir.

–       Ölülər günü (Meksika)

dead day mexico ile ilgili görsel sonucu

Meksikada 31 oktyabr- 2 noyabr arasında qeyd olunan bu festivalda ölmüş olan yaxınlar anılır, dualar edilir, tədbir təşkil olunur. Aztek inancına görə ilin məhz bu günü sevdiklərini görmək üçün dünyaya geri qayıdır.  Meksikadakı inanca görə ölüm bir son deyil, digər həyatın başlanğıcıdır. Ölən yaxınları üçün hazırlanan çiçəklər, içkilər və şəkərdən hazırlanan kəllələr məzarlıqlara qoyulur və məzarlıqları bəzəyirlər.

–       Rio festival (Braziliya)

rio festival brazil ile ilgili görsel sonucu

Rio festivalı hər il 2 milyona yaxın insanı qonaq edən dünyanın ən böyük festivalıdır. Festivalın tarixi 1723-cü ilə qədər gedib çıxan festival müxtəlif samba məktəbinin rəqqasələri ilə daha da rənglənir. Musiqi, rəqsin müşaiyət ilə küçələrdə minlərlə insanın əyləndiyi festivalda bir-birindən fərqli dizayn olunmuş paltarlar və makiyajlar da əyləncəyə əyləncə qatır. Festival cümə günü başlayır və pasxanın ilk çərşənbəsi başa çatır./minval.info

Son xəbərlər