Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Hər dəvətnamə gələn toya getməliyikmi? - ÇIXIŞ YOLU NƏDİR?

10.04.2018 15:39 3 165
Hər dəvətnamə gələn toya getməliyikmi? - ÇIXIŞ YOLU NƏDİR?
ARB TV-nin "Günə doğru" verilişində toylar haqda maraqlı süjet yayımlanıb.

Bu adət indi elə bir formaya minib ki, heç kim toya getmək istəmir. İstər şadlıq saraylarındakı səs-küy, istərsə də məclisdə verilən yeməklər elə həddədir ki, hamı ifratın nə dərəcədə olduğunun fərqinə belə varmır. Bu gün cəmiyyət elə bir inkişaf mərhələsindədir ki, maddiyyatın mənəviyyatı üstələdiyi tərəflər hamıya ziyan vurur. Bütün bunlarla yanaşı son zamanlar isə toylarda yeni trend yaranıb. Dəvətnamə verən şəxs toya 1 gün qalmış çağırdığı qonağın gəlib-gəlməməsindən əmin olmaq üçün ona zəng edir.
Bu gün toya gələn adama ev sahibi borclu kim baxır. Yəni, səmimiyyət ən yaxın adam obrazı unudulur. Toy sahibi də həmin borcları qaytarmaq üçün illərlə bu yükün altından necə çıxacağını düşünür.

Fazil Mustafa - Millət vəkili: "Toya yığılan vəsaitlərin əksəriyyəti ailənin büdcəsinə yox, şadlıq evlərinin varlanmasına xidmət edir. Bu, yolverilməzdir. Başqa ölkələrdə belə hal yoxdur. Sadə forma seçilməlidir".
Əslində yaranmış toy biznesində maraqlı tərəflər çoxdur. Birincisi bu şəbəkəni yaradanın maraqları, ikincisi insanların ümumi dünyagörüşü və ən nəhayət indiyədək bu məsələni yoluna qoymaq üçün elə də ciddi addımın atılmaması. Millət vəkili Fazil Mustafa yaxın gələcəkdə toy biznesi ilə bağlı qanunun qəbul olunması üçün hələ bir xeyli zamana ehtiyac olduğunu vurğuladı.

Əhməd Qəşəmoğlu - Sosioloq: "Sadə şadlıq sarayları edə bilərik. Daha da şən və bayram əhval-ruhiyyəli toylar etmək olar. Burada da həmin borcları qaytarmaq mexanizmini ayrıca etmək mümkün olar".
Nəticə isə ondan ibarətdir ki, indiki toy adətlərimiz ailənin sağlam təməlinin qurulmasına xidmət etmir. Kimlərinsə biznes maraqları hansısa ailənin xoşbəxtliyindən vacib deyil.

Son xəbərlər