Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda satılan “dəvə qutabı”na nə əti vurulur? - “Biz kəsim üçün dəvə yetişdirmirik”

09.04.2018 18:08 10 065
Azərbaycanda satılan “dəvə qutabı”na nə əti vurulur? - “Biz kəsim üçün dəvə yetişdirmirik”
Abşeron mətbəxinin vazkeçilməz dadı sayılan dəvə qutabına Bakının müxtəlif yerlərində rast gəlmək mümkündür. Əsasən "Corat qutabı” kimi tanınan təam müxtəlif qiymətlərlə alıcılara təklif edilir. Coratda təxminən 70 qəpiyə olan qutab, Bakıda 1 manat 20 - 1 manat 50 qəpiyə satılır. 

Bəs bu qədər dəvə əti haradan alınır, dəvələri kimlər, necə kəsir, dəvə əti adı altında aldadılmırıq ki? 

Bəzi iddialara görə, dana ətinin üzərinə şəkər tozu əlavə etməklə, dəvə ətinin dadını almaq mümkündür. Ümumiyyətlə, dəvə qutabının hazırlanmasında istifadə edilən ətin mənşəyi barədə müxtəlif iddialar səsləndirilir. Qeyd edilir ki, Azərbaycanda o qədər dəvə yoxdur ki, illərlə satışı təşkil olunan dəvə qutabına bəs etsin. Bəlkə dəvə əti xaricdən gətirilir?

Median.Az xəbər verir ki, modern.az saytı bu suallara cavab tapmağa çalışıb. 

Kənd Təsərrüfatı Nazirliyinin (KTN)  İstehsl müəssisələrinin idarə olunması şöbəsinin müdiri Tofiq Qocayev deyib ki, Azərbaycana xarici ölkələrdən dəvə əti gətirilmir:

"Nazirlik olaraq xaricdən diri dəvə və dəvə əti almırıq. Öz təsərrüfatımızda-Abşeron rayonu ərazisində dəvələr yetişdirilir. Bu da genofondu saxlamaq üçündür, kəsim üçün deyil. Hazırda həmin təsərrüfatda təxminən 60-70 baş dəvə var, indi onların baş sayının artırılması istiqamətində işlər aparırıq. Yetişdirilən dəvələrdən hansı formada istifadə olunacağı müəyyənləşəcək. Amma bu gün nazirlik dəvə əti istehsalı ilə məşğul olmur”.

Şöbə müdiri şəhərin müxtəlif yerlərində dəvə ətindən hazırlanmış təamların satılmasına da münasibət bildirib:

"Həmin ətlər nazirlik tərəfindən istehsal olunmur. Amma məndə olan məlumata görə, ayrı-ayrı şəxsi təsərrüfatlarda dəvə saxlayırlar və onların ətindən istifadə edirlər. Amma kim, necə, harada saxlayır, necə kəsir - bu barədə məlumatsızam”.

T.Qocayev bir dəvədən alınan ətin çəkisi barədə də dəqiq məlumata sahib olmadığını bildirib:

"Çünki nazirlik olaraq dəvə kəsimi etməmişik ki, kiçik, yaxud böyük dəvədən nə qədər ət alındığını bilək”.

"Bakı qutabı” iaşə şəbəkəsindən deyiblər ki, dəvət ətini Maştağadan alırlar:

"Amma hazırda dəvə kəsiminə icazə olmadığı üçün dəvə qutabımız yoxdur. Bizə bildirilib ki, dəvələrin sayı azalıb deyə, daha kəsmirlər”.

"Bakı qutab”ın əməkdaşı dana ətinin üzərinə şəkər əlavə olunması iddialarını əsassız adlandırıb: "Çünki biz dəvə əti alırıq”.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyib ki, ölkədə dəvə əti kəsimi üçün standartlar yoxdur:

"Azərbaycanda dəvə ətinin kəsimi üçün standartlar və yerlər mövcud deyil. İstənilən dəvə əti kəsildikdən sonra şok dondurulmadan keçirilməlidir ki, heyvan mənşəli mikroblar ölsün. Dəvə ətindən hazırlandığı iddia edilən qutablarda istifadə edilən ət, dəvə əti olsa belə, təhlükəlidir. Çünki heç birinin sertifikatı yoxdur. Gigiyena qurumları onlara dəvə ətindən qida hazırlamaq üçün sertifikat verməldir. Sertifikat yoxdursa, deməli başqa heyvan ətidir. Çünki onlar şok dondurulmadan keçirilmir. Başqa heyvan ətlərinin dəvə əti adı altında satılması istisna edilmir”.

Son xəbərlər