Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda spirtli içkilərin satışına qadağa qoyula bilər – VİDEO

09.04.2018 17:05 4 660
Azərbaycanda spirtli içkilərin satışına qadağa qoyula bilər  – VİDEO
Azərbaycanda spirtli içkilərin qəbuluna məhdudiyyətin qoyulması ilə bağlı təkliflər irəli sürülüb. Məsələ artıq millət vəkilləri səviyyəsində də müzakirəyə çıxarılır.

Deputat Aydın Hüseynov açıqlamasında bildirib ki, bütün növ spirtli içkilərin pərakəndə satışına günün müəyyən saatlarında qadağa qoyula bilər. Türkiyə və Rusiya modelini nümunə göstərib.

Millət vəkili Aydın Mirzəzadə də, həmkarının fikirləri ilə razı olduğunu deyir. Amma deputat bu qadağanı tam olaraq tətbiq edilməsinin əleyhinədir.

Aydın Mirzəzadə (Deputat): “Axşamtərəfi spirtli içki satan mağazaların sayını məhdudlaşdırmaq olar. Yəni ki, bütün mağazaların deyil, ancaq mərkəzdə yerləşən, böyük ərazisi olan mağazaların sayını müəyyən qədər məhdudlaşdırmaq olar”.

Amma, Şərabçılıq institunun direktoru Taryel Pənahov səsləndirilən bu fikirlərlə razı deyil. Onun fikrincə bu, ölkə iqtisadiyyatına və yerli istehsala ziyan vura bilər:

“Bu gün Azərbaycana çox sayda turistlər gəlir. Həmin turistlər axşam içki istəsələr, nə etməlidirlər? Onsuz da ondan istifadə etmək istəyən adam onu tapıb içəcək. Bu, sadəcə büdcəyə, bazara ciddi ziyan vuracaq”.

Alimin fikrincə yerli istehsal olan və keyfiyyətli şərab növlərimizi və araqların təbliğatını aparmaq və dünya bazarına çıxış yollarını çoxaltmaq barədə düşünmək daha məqsədə uyğundur. Hazırkı vəziyyətdə isə, yerli istehsalda və satışda hərc-mərclik hökm sürür.

Spirtli içkilərin keyfiyyəti məsələsi kimi, bu məhdudiyyətin tətbiq olunacağından sonrakı vəziyyət də maraqlıdır. Çünki heç kim qara bazarın formalaşmayacağına söz verə bilməz. Elə millət vəkili Aydın Mirzəzadə də bu fikirdədir.

Aydın Mirzəzadə (Deputat): “Keyfiyyətsiz, tələblərə cavab verməyən içki almağa məcbur olacaqlar. Müəyyən insanlar əlavə gəlir əldə etmək üçün məhdudsuz sayda spirtli içki alaraq onu bir neçə dəfə baha sata bilərlər”.

Məhdudiyyətlə bağlı məsələ hələ ki təklif formasındadır. Amma hazırkı qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxslərə tütün məmulatları kimi spirtli içkinin də satışı qadağandır.

Son xəbərlər