Şəmkirdə iki avtomobil toqquşub - Xəsarət alanlar var
Median.az-ın apa-ya istinadən verdiyi məlumata görə, rayonun Kür qəsəbəsinə gedən yolda VAZ-2107 və LADA markalı avtomobillər toqquşub.
Nəticədə iki qadın sərnişin xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
