Azərbaycanda yasa 60 min manat xərcləndi – Din xadimindən açıqlama
Azərbaycanda bir şəxsin vəfatından sonra keçirilən yas mərasimlərinə çəkilən xərclərlə bağlı yayılan siyahı diqqət çəkib.
Sənəddə dəfn mərasimindən başlayaraq yeddi və qırx mərasimlərinədək müxtəlif xərclər əks olunub. Burada çadırın qurulması, ərzaq təminatı, mərasim evinin icarəsi, cümə axşamları və qəbir daşının hazırlanması və salınması ilə bağlı ödənişlər qeyd edilib. Siyahıya əsasən, bütün xərc maddələri üzrə ümumi məbləğ 69 350 manata çatır. Ən böyük xərclərdən biri Bakı şəhərində keçirilən yeddi mərasimi üçün mərasim evinə ödənilən 21 600 manatdır. Bundan başqa, yeddi mərasiminə qədər çadır və ərzaq üçün 16 800 manat, qəbir daşının salınmasına isə 12 200 manat vəsait ayrıldığı göstərilir. Sənəddə qeyd olunan rəqəmlər yas mərasimlərinin təşkili zamanı formalaşan xərclərin miqyasını göstərməklə yanaşı, bu mərasimlərdə israfçılıq və maddi yük məsələsini də gündəmə gətirib.
Bu barədə ilahiyyatçı, hacı Mircəfər Əyyubov Median.Az-a açıqlamasında deyib ki, İstər toy, istər yas, istərsə də başqa bir səbəblə bu cür bədxərclik və israfçılıq dini nöqteyi-nəzərdən qəbul edilmir:
“Qurani-Kərimdə deyilir ki, yeyin, için, amma həddi aşmayın. Təbii ki, heç kəs kiməsə “öz yasında bu qədər xərclə, bu qədər xərcləmə” deyə bilməz. Vətəndaşdır, azaddır və bunu qanun qadağan etmir. Amma dini nöqteyi-nəzərdən məndən bir din xadimi kimi soruşsalar, belə xərcləri tövsiyə etmərəm. Həmin vəsaitin başqa istiqamətlərə yönəldilməsini məsləhət görərəm. Məsələn, söhbət 60 min manatdan gedirsə, bu vəsaitlə bir yoxsulu evlə təmin etmək, bir tələbənin bir neçə illik xərclərini ödəmək və digər ehtiyacları qarşılamaq olar. Qətiyyətlə demək olar ki, həmin vəsaitin belə istiqamətlərə xərclənməsi mərhum üçün daha çox savab qazandıra bilər. Digər məsələ ondan ibarətdir ki, Allah-Təala kiməsə zənginliyi istədiyi istiqamətdə xərcləsin deyə vermir. Hədislərdə bildirilir ki, Allah-Təala yoxsulların büdcəsini varlıların cibində yerləşdirib ki, onları sınağa çəksin ki, varlılar yoxsullara yardım edəcəklər, yoxsa etməyəcəklər? Yəni varlılara imkan yalnız öz rifahlarını təmin etmək üçün verilməyib”.
O qeyd edib ki, onlar öz ehtiyaclarını qarşıladıqdan sonra ətrafındakı insanlara, ehtiyacı olanlara kömək etməlidirlər:
“Necə deyərlər, əl tutmaq Əlidən qalıb. İmam Həzrəti Əli (ə) daim yoxsulların yanında olub, onların dərdinə şərik çıxıb, evlərinə yemək aparıb və imkan daxilində yoxsulluq əziyyətlərini azaltmağa çalışıb. Hətta bir hədisində buyurur ki, yoxsulluq bir şəxs olsaydı, onun boynunu vurardım. Yəni Əli (ə) yoxsulları təmin etməyi deyil, yoxsulluğu aradan qaldırmağı qarşısına məqsəd qoyan bir şəxsiyyət idi. Belə bir şəxsi özünə imam, lider və mənəvi rəhbər bilən insan, təbii ki, bu cür bədxərcliklər etməməlidir. Həmin vəsaiti daha doğru istiqamətlərə – yoxsulluğun aradan qaldırılmasına, iş yerlərinin yaradılmasına və digər xeyirli işlərə sərf etməlidir. Üçüncü məsələ isə xərclənən bu cür böyük məbləğlərin üzərinə dini məzmun qoyulmasıdır. Bu, dini təbliğat baxımından da mənfi haldır. İnsanlar belə israfçılığı normal qəbul etmir və bəzən narazılıqlarını həmin israfçılığı edən şəxsdən çox, dinlə əlaqələndirirlər. Nəticədə diqqət dinə yönəlir və din ittiham olunmağa başlayır. Ona görə də xüsusilə dini məclislərdə bu cür halların baş verməməsi tövsiyə olunur”.
Aysel