Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yas mərasimi üçün 11-21 min manat lazımdır – Xərclərin tam siyahısı

22.05.2025 23:02 849
Bakıda yas mərasimi üçün 11-21 min manat lazımdır – Xərclərin tam siyahısı
Məlum olduğu kimi, son illər Azərbaycanda yas mərasimlərinin təşkilində kommersiya elementləri artıb və bu sahə artıq bir sıra şirkətlərin, fərdi şəxslərin daimi qazanc mənbəyinə çevrilib. Median.Az "Yeniavaz"a istinadən xəbər verir ki, bir çox hallarda “yas biznesi” adlandırılan bu sahədə sahibkarlıq fəaliyyətiylə məşğul olanlar insanların “el içində biabır olmamaq” qorxusundan istifadə edərək müxtəlif yeni və bahalı xidmətlər təqdim edirlər. Hər il Azərbaycanda on minlərlə insanın vəfat etdiyini nəzərə alsaq, bu “biznesin” kifayət qədər geniş müştəri bazasına sahib olduğu görülür. Əhalinin təxminən yarıya yaxınının Bakıda yaşadığını nəzərə alaraq paytaxt ərazisində yas mərasimlərində təklif olunan xidmətlərin orta qiymətlərini təqdim edirik.

Vəfat edənin dəfn olunduğu ilk günün xərcləri:

- Meyitin yuyulması, kəfənlənməsi – 100–200 manat
- Nəqliyyat xidməti – 200–300 manat
- Molla xidməti (qadın və kişi molla üçün) – 100–200 manat
- Qəbir yeri – 300–800 manat
- Qəbirin qazılması və dəfndən sonra üzərinin örtülməsi – 400–600 manat
- Dəfnin ilk günündə verilən ehsan – 300–700 manat

Vəfat edən üçün 3–7 mərasimi:

- Bu mərasim əvvəllər kirayə götürülən çadırlarda olduğu halda, son zamanlar sayları sürətlə artan “Mərasim evləri”ndə baş tutur. “Mərasim evləri”ndə isə qiymətlər “Şadlıq evləri”ndə olduğu kimi hər oturacaq sayına görə hesablanır. “Mərasim evləri”ndə bir oturacağın orta qiyməti 10-20 manat arasında dəyişir və 3–7 mərasiminə orta hesabla 300 nəfərin gəldiyini nəzərə alsaq o zaman, ortalama xərc 3000–6000 manat arasında dəyişir.

Vəfat edən üçün qəbir daşının hazırlanması:

- Bu xərc qəbir daşının növündən, ölçülərindən, üzərində görülən dekorativ işlərin həcmindən asılı olaraq dəyişir. Qəbir daşının hazırlanması üçün çəkilən ortalama xərc təxminən 2000–3000 manat təşkil edir.

Vəfat edən üçün “cümə axşamları” mərasimi:

- 3–7 mərasimindən sonra 40 mərasiminə kimi olan 37 gün ərzində həftənin cümə axşamı günlərində evdə ehsan məclisləri təşkil olunur. Adətən bu mərasimdə ailə üzvləri, yaxın tanışlar iştirak edir. 40 mərasiminə kimi təxminən 4–5 “cümə axşamı” olur ki, bu zamanda orta hesabla 1500–2000 manat xərclənir.

Vəfat edən üçün 40 mərasimi:

- 40 mərasimləri də 3–7 mərasimlərinə bənzər şəkildə təşkil olunur. 40 mərasiminə gələnlərin sayı 3–7 mərasiminə gələnlərin sayından bir qədər az olduğu üçün xərclər də nisbətən az olur. Nəticədə 40 mərasimində ortalama xərc 2000–4000 manat arasında dəyişir.

Vəfat edən üçün “İl” mərasimi:

- İl mərasimi də 3–7 və 40 mərasimi kimi keçirilir və bu zaman da orta hesabla 1000–2000 manat xərclənir.

Təqdim etdiyimiz məlumatlardan da göründüyü kimi, Azərbaycanda bir insanın vəfat etməsi ailəyə təxminən 11 min manatdan 21 min manatadək xərcə başa gəlir.

Onu da qeyd edək ki, bu xərclər paytaxt Bakı üçün nəzərdə tutulan orta xərclərdir. Ailələrin maddi imkanlarından asılı olaraq bu xərclər arta və azala bilər.

Son xəbərlər