Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Bura zibil atmayın, "zibil"ə düşərsiniz! - FOTO

05.04.2018 16:18 6 479
Bura zibil atmayın,
Tələblərə əməl etməyən hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir

"2017-ci ildə məişət tullantıları ilə bağlı, ümumilikdə 575 akt və 199 protokol tərtib olunub. 180 qanun pozuntusuna görə 221 900 manat məbləğində inzibati qaydada cərimə edilib. Ətraf mühitə vurulan zərərlə bağlı 20399 manat iddia qaldırılıb, tullantıların yerləşdiriməsinə görə 439499 manat ödəmə tətbiq edilib və 110 fakt üzrə hüquq mühafizə orqanlarına müraciət edilib".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib. O bildirib ki, bəzən müşahidə edilən tullantıların kim tərəfindən atıldığı məlum olmur.

"Belə olan halda hüquq mühafizə orqanları bu işlə məşğul olur. Məişət tullantılarının idarə edilməməsi İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi ilə tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək, vəzifəli şəxslər iki min manatdan üç min manatadək, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir", — deyə Mirzəyev bildirib.

Sektor müdirinin sözlərinə görə, bu, eyni zamanda İXM-nin 266-cı maddəsi ilə də tənzimlənir: "Belə ki, 266.3 bəndinə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə tətbiq edilir".


"Həmçinin şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər beş yüz, hüquqi şəxslər min manat məbləğində cərimə edilir", — deyə həmsöhbətimiz əlavə edib.

Son xəbərlər