Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

DİQQƏT! Sosial şəbəkələrdə söyüş söyənlər cəzalanacaq - VİDEO

04.04.2018 13:47 3 033
DİQQƏT! Sosial şəbəkələrdə söyüş söyənlər cəzalanacaq - VİDEO
ARB TV-nin “Günə doğru” verilişində sosial şəbəkələrdə təhqir edən şəxslər barədə maraqlı sujet yayımlanıb.

Gündəlik həyatımızın bir hissəsini təşkil edən sosial şəbəkələrdən bir çox məqsədlər üçün istifadə edilir. Amma son vaxtlar istər fərdi paylaşımlara, istərsə də qrup və ya toplum səyifələrdə paylaşımlara söyüş və təhqiramiz fikirlər, şərhlər yazılır.

Sakin: “Təhqirlə cavab verənlərin çoxu sosial şəbəkələrdə boş-boşuna vaxt keçirənlərdir. Hər bir insanın şəxsi fikrinə hörmət etmək lazımdır”.

Bu kimi ifadələr daha çox bloggerlərin ünvanına səsləndirilir. Blogger Zöhrab Süleyman əksər insanın tənqidlə təhqiri ayırd edə bilməməsinin başlıca problem olduğu qənaətindədir.

Zöhrab Süleyman (Blogger): “Bəzi insanların sosial şəbəkələrdə milli mənəvi dəyərləri söyüşdən asılıdır. Çox absurd fikirdir. Bir paylaşıma müsbət və mənfi rəylər də yazılır. Çox vaxt isə mənfi rəylər üstələyir”.

Milli məclisin son plenar iclasında deputatlar da sosial şəbəkələrin nəzarətdə saxlanılmalı və bunun üçün xüsusi mexanizmə ehtiyyac olduğunu bildiriblər.

Millət vəkilləri şərəf və ləyaqəti alçaldıcı ifadələri yayanlara qarşı daha sərt cəzanı vacib sayır. Baxmayaraq ki, bir neçə il öncə qanuna edilən dəyişikliklə təhqirə yol verən, saxta profillərlə nalayiq statuslar yazanların cəzası da məyyən edilib.

Rafael Cəbrayılov (Deputat): “Söyüş adi bir hala çevrilib. Söhbət şərəf və ləyaqətin təhqir olunmasından gedir. Cinayət məcəlləsində buna aid bəndlər var”.

Tahir Mirkişili (Deputat): “Texnoloji imkanlar şərait yaradır ki, həmin şəxslər müəyyən edilib qanunvericiliyə uyğun cəzalandırılsın. Artıq Avropa ölkələrinin bir çoxunda bu kimi şeylər var”.

Qeyri-rəsmi statistikaya əsasən, təkcə “Facebook”da saxta (fake) istifadəçilərin sayı, istifadəçilərin ümumi sayının 5%-dən 10%-dək nisbətində dəyişir. 2017-cı ilin son rübü üçün “Facebook”da aylıq 1.8 milyard istifadəçinin olduğunu nəzərə alsaq, dünyada saxta “Facebook” hesablarının sayı 100-170 milyon arasında dəyişdiyini deyə bilərik. Bu oxşar göstəricilər də Azərbaycana şamil oluna bilər. Profilin saxta və ya gerçək olmasından aslı olmayaraq, əsas odur ki, mənəvi dəyərlərə, insanların şəxsiyyətinə hörmətlə yanaşmaq vacibdir.

Son xəbərlər