Mojo.az Banner
21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |     19:25 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib  |     19:20 Payızda saç tökülməsi niyə artır? - Trixoloq açıqladı  |     19:14 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI  |     19:14 18 yaşlı tələbə qızın meyiti soyuducuda tapıldı  |     19:07 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN sosial şəbəkələrdə təhqir yazanlarla bağlı hərəkətə keçdi: Həbs edilənlər var

27.06.2020 17:51 1 564
DİN sosial şəbəkələrdə təhqir yazanlarla bağlı hərəkətə keçdi: Həbs edilənlər var
Daxili İşlər Nazirliyi bu günlərdə polisləri təbrik etmək məqsədilə videoçarx hazırlayan bir qrup gənc müğənni ilə bağlı sosial şəbəkələrdə özlərinin və ailə üzvlərinin ünvanına yazılmış təhqiramiz şərhlərlə bağlı hərəkətə keçib.

DİN-in Mətbuat Xidmətindən Qafqazinfo-ya verilən məlumata görə, əsassız olaraq təhqirə məruz qalanların müraciətləri əsasında sosial şəbəkələrdə insanları aşağılayan, onların şərəf və ləyaqətlərini təhqir edənlərin müəyyən edilərək, məsuliyyətə cəlb olunmaları istiqamətində nazirliyin aidiyyatı qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir:

“Bu tədbirlər nəticəsində sosial şəbəkələrdə təhqiramiz şərhlər yazanların şəxsiyyətləri müəyyən edilərək saxlanılıblar. İnzibati Xətalar Məcəlləsinin müvafiq madələri ilə onların hər biri barəsində protokol tərtib edilərək, yol verdikləri hərəkətlərə hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndəriliblər.

Məhkəmədə verilən qərarlarla onların əksəriyyəti barəsində inzibati həbs, bəziləri barəsində isə cərimə qərarları tətbiq edilib. Öz yolverilməz hərəkətləri ilə vətəndaşların haqlı narazılığına səbəb olanların tapılıb, məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər hazırda da davam etdirilir.

Odur ki, vətəndaşlarımıza, xüsusən gənclərimizə tövsiyə edirik ki, sosial şəbəkələrin onlara verdiyi, yaratdığı imkanlardan öz dünya görüşlərini, bilik və savadlarını artırmaq üçün istifadə etsinlər. Başqalarının şərəf və ləyaqətinə toxunan, aşağılayan statuslar, şərhlər yazmaqdan çəkinsinlər.

Əvvəla başqasını söymək, təhqir etmək bir millət olaraq bizim mentalitetə yaddır, ikincisi də belə hərəkətlərə yol verən şəxs qanun qarşısında məsuliyyət də daşıyır. Odur ki, hər birimiz rastlaşdığımız və ya narazı qaldığımız hər hansı bir məsələnin söyüş və təhqirlə deyil, yalnız hüquqi müstəvidə həllinə nail olmalıyıq”.скачать dle 11.3
Mojo.az Banner