Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Sosial şəbəkələrdə pul yığanlar: kimə inanmaq olar? (ŞƏRH)

02.03.2018 16:09 2 650
Sosial şəbəkələrdə pul yığanlar: kimə inanmaq olar? (ŞƏRH)
Son vaxtlar sosial şəbəkələrdə xəstə olduğu deyilən insanların fotolarını paylaşaraq pul yığmaq üçün başladılan kampaniyaların sayı sürətlə artır.

Baku.ws-in məlumatına görə, onlardan bəziləri övladlarının, bəziləri valideynlərinin, bəziləri isə yaxın dostunun ağır xəstə olduğunu və müalicə edilməsi üçün xeyli miqdarda vəsaitə ehtiyac olduğunu bildirirlər.

Sosial şəbəkələrdə paylaşılan fotoların altında bankda hesab nömrəsi, hətta “1 manat deyib keçmə, sən də kömək elə” kimi ifadələr qeyd edilir.
İnsanların hissləri ilə oynayaraq bu yolla pul qazanmaq istəyən dələduzlar çox vaxt qeyd edirlər ki, köməyə ehtiyacı olan şəxs leykoz xəstəliyindən əziyyət çəkir. Türkiyədə müalicəsi üçün 50, 100, 200 min pul lazımdır.

Xeyirsevər insanlar da buna aldanaraq qeyd edilən bank hesabına pul köçürürlər.

Halbuki həmin pula həqiqətən müalicə ilə şəfa tapa biləcək xəstələrin daha çox ehtiyacı var.

Bəs, sosial şəbəkələrdə başladılan yardım kampaniyalarının həqiqət olub-olmadığını necə müəyyən etmək olar? Xeyirsevər insanlar əslində köməyə ehtiyacı olanlara necə yardım edə bilərlər?



Sosioloq Əhməd Qəşəmoğlu Baku.ws-ə açıqlamasında bildirdi ki, Sosial şəbəkələrdə bu cür kampaniyaların qarşısı alınmalı və elə qanuni baza yaradılmalıdır ki, insanlar xeyriyyəçiliyi etimad edərək açıq şəkildə həyata keçirə bilsin.

“Çox təəssüf ki, cəmiyyətimiz elə vəziyyətdədir ki, xeyriyyə mədəniyyəti arzuolunmaz səviyyəyə düşüb. Bu ənənələr də məhv olmağa doğru gedir. Ona görə ki, yalançı insanlar hisslərdən istifadə edirlər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdə pul yığımaq dayandırılsın. Ona görə ki, fırıldaq adamların sayı çoxalıb. Cəmiyyətdə xeyriyəçiliyin sağlam əsaslar, prinsiplər üzərində inkişafı barədə ciddi düşünülməlidir. Qeyri Hökumət Təşkilatları maarifləndirmə işləri apara bilər. Milli Məclisin gündəminə çıxarılaraq müzakirə olunmalıdır”, - deyə sosioloq bildirdi.

Əhməd Qəşəmoğlu yardımsevər insanlara da çağırış edib:

“Korkoranə yardımın qarşısı alınmalıdır. Sosial şəbəkələrdə yayılan məlumatları insanlar dəqiqləşdirməlidir. Elanı görən kimi hisslərə qapılıb qeyd edilən bank hesabına pul yüklənməməlidir. Belə olan halda həqiqətən ehtiyacı olanlara da mane oluruq. Şəxsi olaraq aydınlaşdıra bilmiriksə, aidiyyatı QHT-lər bu cür elanları görüb araşdıra bilər. Bu mənada xeyriyyə təşkilatları önə çıxmalıdır. Ona görə də bu məsələ qanunvericiliklə tənzimlənməlidir”.

Son xəbərlər