Mojo.az Banner
23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |     21:39 Məhərrəmlik nə vaxt bitir?  |     21:32 Piyada qaydanı pozduqda sürücünün məsuliyyəti necə müəyyən edilir?  |     21:18 İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib  |     20:51 Xətaidə evyaran üç nəfər SAXLANILDI  |     20:47 Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər  |     20:42 NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı  |     20:25 Ləğv prosesində olan banklara görə ödənilən kompensasiyanın məbləği açıqlandı  |     20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |     20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |    
Left Banner
Right Banner

Nazir istefaya çağırıldı - Milli Məclisdə

30.03.2018 19:48 2 471
Nazir istefaya çağırıldı - Milli Məclisdə
Bu gün Milli Məclisin iclasında Xarici İşlər naziri Elmar Məmmədyarovun istefası təklif edilib.

Parlamentdə nazirin istefasını gündəmə gətirən millət vəkili Fəzail Ağamalı açıqlamasında bildirib ki, bu tələbin səbəbi nazirin fəaliyyətinin qənaətbəxş olmamasıdır.

"Azərbaycan torpaqları illərdir ki, işğal altındadır. Ermənistan sülh və danışıqlar yolu ilə işğala son qoymaq istəmir. ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı himayə edir, təzyiqlər göstərmir. Elmar Məmmədyarov isə öz fəaliyyəti ilə Ermənistanın işğalçılıq siyasətinə mane ola bilmir. Bu iki amil Azərbaycan torpaqlarının işğaldan sülh yolu ilə azad olunmasına ciddi maneə törədir. Bizim görünən çıxış yolumuz təbii ki, ölkə prezidentinin söylədiyi kimi diplomatiyamızı gücləndirməklə bərabər, iqtisadiyyatımızı daha yüksək səviyyəyə qaldırmaq, potensialımızı artırmaq və güclü ordu yaratmaqdır", - deputat deyib.

F.Ağamalı qeyd edib ki, hazırda torpaqlarımızı azad etmək üçüm yeganə çıxış yolu hərbi yola müraciət etməkdir:

"Elmar Məmmədyarovun 14 illik fəaliyyəti əslində Minsk Qrupunun Ermənistanı himayə etmək siyasətini stimullaşdırmaqdan ibarət olub. Biz ölkə prezidentinin bütün diplomatiyasının Xarici İşlər Nazirliyi səviyyəsində davam etdirilməməsinin şahidiyik. Yəni Elmar Məmmədyarov nazir olaraq daha kəskin şəkildə mövqe ortaya qoymalıdır. Məmmədyarov ola bilsin ki, beynəlxalq hüququ, diplomatik etiketləri yaxşı bilir. Nazirlərin görüşündə Nalbəndyanın sifətindən zəhər yağır, lakin Elmar Məmmədyarov ona baxaraq təbəssüm göstərir. Nalbəndyan sənin torpaqlarını işğal edən ölkənin naziridir. Axı onun üzünə niyə gülürsən?!"

Millət vəkili vurğulayıb ki, bizə protokol qaydalarından daha çox, ölkə prezidentinin qətiyyətli mövqeyini yüksək səviyyədə həyata keçirəcək XİN rəhbəri lazımdır. Onun yerinə kimin gəlməsi məsələsi isə ölkə prezidentinin səlahiyyətindədir:

"Elmar müəllimin Azərbaycan xalqı qarşısında ən böyük xidməti o olardı ki, öz təşəbbüsü ilə istefaya getsin.

Hər halda, mənə elə gəlir ki, çıxışıma əks reaksiya verən olmadı. Real fakta söykənərək bütün bunları dedim. Yeni nə isə bir şey kəşf etməmişəm. Minsk Qrupu həmsədrləri Ermənistanı müdafə edir. Sən niyə onlara qarşı sərt mövqedən çxış etmirsən? Demək istəyirsən ki, bu torpaqlar Ermənistana qalmalıdır? Ayıbdır. Bacarmırsan, kənara dur. Qoy bacaran gəlsin, bu problemin həllində cənab prezidentə kömək etsin. Mən hər zaman dediyimin üstündə dayanıram. Bunu əvvəllər də demişəm, bundan sonra da deyəcəm.

Vaxtilə Fatma Abdullazadə haqqında da deyirdim ki, bu adam Azərbaycan təhsilinə böyük zərbələr vurur. Sonradan məlumatlar yayıldı ki, filan qədər pulla cinayətə yol verib. Yəni bu cür məmurlardan özləri nəticə çıxarmalıdır. Qardaşım, anam, bacım, xalqa xidmət edə bilmirsənsə, get yerini tap. Prezidentin çağırışlarına cavab verə bilmirsənsə, sənin idarəçilikdə nə işin var? Prezident deyir ki, Azərbaycan işğal olunmuş tarixi torpaqlarına qayıdacaq. Bəs sən nazir bunu niyə dilinə gətirmirsən, nə mane olur?

Mənim Elmar bəylə şəxsi heç bir problemim yoxdur. Bu dediklərimi hər bir azərbaycanlı düşünür və görür. Mən də millət vəkili olaraq vətəndaşlıq mövqeyimi ortaya qoydum”.//Axar.azскачать dle 11.3
Mojo.az Banner