Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Süpürgəçilərə yol konusu verilib – FOTO

29.03.2018 11:24 3 628
Süpürgəçilərə yol konusu verilib – FOTO
Dünən süpürgəçinin vurulması hadisəsi sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.

Median.Az
xəbər verir ki, martın 28-də paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“KamAZ” paytaxt sakini – süpürgəçi Cəmilə Salahovanı vurub. Qadın hadisə yerində vəfat edib.

Martın 29-da, səhər saatlarından paytaxtın bütün süpürgəçiləri öz ərazilərinə yeni daşına bilən çəpərlərlə (yol konusları) çıxıblar.

Oxu.az müxbirinin Yasamal rayonu ərazisində olan süpürgəçi ilə söhbəti zamanı məlum olub ki, bu gün səhər onlara təhlükəsizlik qaydaları izah edilib, onlara yeni plaş və yol konusları verilib.

Təmizliklə məşğul olan işçiyə təhlükəli və zərərli istehsalat faktorları (hərəkət edən maşınlar və mexanizmlər) təsir edə bilər.

Qəbul olunmuş beynəlxalq standartlara görə, işçilər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır. Tövsiyə edilən normalar xüsusi geyimin verilməsi, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələridir.

Süpürgəçinin özündən isə iş üçün təhlükəsiz şərait yaratmaq – daşına bilən çəpərlərin olması və onları yoxlamaq tələb olunur. Nəqliyyatın hərəkəti zamanı baş verə biləcək qəza bölgəsində təmizlənən ərazilərə, iş yerindən 5-7 metr məsafədə daşına bilən çəpərləri quraşdırımaq lazımdır.

Təmizlənən ərazidə nəqliyyatın hərəkəti zamanı müvəqqəti olaraq işi dayandırmaq lazımdır.

Son xəbərlər