Mojo.az Banner
11:32 Bəzi təhsil müəssisələrinin təmirinə 6,5 milyon manat xərclənəcək  |     11:31 QMİ Ramazan bayramı ilə bağlı fətva verdi  |     11:24 İsrail ordusundan İranın hücumu ilə bağlı üçüncü XƏBƏRDARLIQ  |     11:20 İranda yanvar etirazlarının üç iştirakçısı edam edildi  |     11:11 Mövlam Şixəliyevin pensiyası da kəsildi  |     23:03 Baksol yolunda baş verən yanğının zərəri nə qədərdir? - Video  |     22:55 Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi  |     22:25 Dilimlənmiş çörək almayın - SƏBƏB  |     22:21 Qubada ər arvadını qətlə yetirib özünü asdı  |     22:14 Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər  |     21:59 İsveçrə Azərbaycana birbaşa investisiyaları 5 dəfə artırdı  |     21:49 Buşehrdə gərginlik: Mərmi zərbəsi AES-in yaxınlığına düşüb  |     21:43 Alena Əliyeva Novruz yarmarkasında - FOTOLAR  |     21:32 Laricaninin yerinə o gələcək  |     21:15 Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb  |     21:05 İranın ali lideri: "Laricaninin qətlinə görə qisas alınacaq"  |     20:57 Əhalinin nominal gəlirləri nə qədər artıb?  |     20:56 ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?  |     20:44 Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı  |     20:29 Hansı universitetlər Bakıdan köçürüləcək?  |    
Left Banner
Right Banner

Həyat yoldaşını öldürsə də, qayınatası bağışlayan gəlinin FACİƏSİ...

26.03.2018 16:53 17 285
Həyat yoldaşını öldürsə də, qayınatası bağışlayan gəlinin FACİƏSİ...
"Bəzən əri onu elə döyürdü ki, görəndə məəttəl qalırdıq. Üz-gözü şişmiş vəziyyətdə, qançır olurdu. Evləri xarabaya bənzəyirdi. Yağış yağanda içəri girmək mümkün deyildi, hər yer nəm olurdu, ətrafda siçanlar yuva salmışdı. Əri isə qazandığı pulu içkiyə verirdi. Hamımızın o qadına yazığımız gəlirdi…” – bu 28 yaşlı Nuridə Kərimova barəsindəki cinayət işində qonşunun ifadəsidir. Gununsesi.info xəbər verir ki, gənc qadın həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilərək həbs olunmuşdu. Amma sonradan Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət verib azadlığa buraxdı.

Prokurorluq bu hökmə etiraz edib protest versə də, Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişmədi. Prokurorluq daha sonra Ali Məhkəməyə kassasiya protesti verdi. Bu instansiya isə qərarı ləğv eləyib, işi yenidən baxılması üçün geri qaytardı. Hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə bu məsələ yenidən araşdırılır. Bu iş üzrə məhkəmənin növbəti iclası martın 29-na təyin olunub. Nuridə həyat yoldaşı Vüqarın onun vurduğu bıçaq zərbəsindən öldüyünü inkar eləmir. Ancaq and-aman eləyir ki, onu öldürmək niyyəti olmayıb. Həmin vaxt hadisələr xoşagəlməz hadisələr yaşanıb ki, nəticə də belə faciəvi olub… Cəlilabad rayonundan olan Nuridə 2009-cu ildə valideynlərinin məsləhəti ilə Kürdəmir sakini Vüqar Kərimovla ailə qurub.

Birgə nikahdan 2012-ci ildə bir qız övladları dünyaya gəlib. Evləndikdən az sonra ailədə münasibətlər ürəkaçan olmayıb. Səbəb isə ailə başçısının spirtli içkilərə qurşanması, narkotik vasitələrdən istifadə etməsi, həyat yoldaşına, azyaşlı qızına qayğı göstərməməsi, Nuridəni döyüb-incitməsi olub. Bakıda kafelərdən birində dönərçi işləyən Vüqarın evin kommunal xərclərini belə ödəməməsi üzündən Nuridə ilə azyaşlı övladı günlərlə işıqsız qalıblar… Bütün bunları təkcə Nuridə özü demir, həm də qohum-qonşu təsdiqləyir.

"Nuridə elə vəziyyətdə olurdu ki, ona yazığımız gəlirdi. Həyat yoldaşım da, mən də ona Vüqardan boşanmağı məsləhət görürdük. Amma Nuridə səfil gündə yaşamasına, hər gün döyülüb söyülməsinə baxmayaraq, boşanmadı. Vüqar evin kommunal xərclərini də ödəmirdi. Günlərlə işıqsız qalırdılar. Axırda Nuridəyə kömək üçün evimizdən naqillə elektrik xətti çəkmişdik ki, işıqsız qalmasınlar…”, – qonşu şahid ifadəsində belə deyib. Nuridənin qayınatası Səfa Kərimov cinayət işində zərərçəkmişin hüquqi varisi qismində tanınıb. Oğlunun ölümünə baxmayaraq, gəlib məhkəmədə gəlininin xeyrinə ifadə verdi, onu bağışladığını dedi. Məhkəmədən xahiş elədi ki, onu buraxsınlar.

Nuridə özü isə başına gələnlər və hadisə günü olanlar barədə bunları danışır: "Birlikdə yaşadığımız müddətdə məni çox incidib, tez-tez döyüb, əzab verib. Bütün bu dava-dalaşlar, döyülmələr qızımın gözləri önündə baş verirdi. Uşağımı da götürüb evdən gedirdim, bir neçə gündən sonra gəlib dil töküb qaytarırdı, amma heç nə dəyişmirdi. Onun məni döyməsi ilə bağlı heç yerə şikayət etməmişdim. Əgər şikayət etsəydim, münasibətlərimizin daha da pis olacağından qorxurdum. Vüqar işıqpulunu ödəmirdi, qazandığının hamısını içkiyə verirdi. Hadisə baş verən gecə saat 2-də gəlib çıxdı, yenə içkili idi. Qaranlıqdan, evdə tək qalmaqdan qorxduğumu deyib niyə gec gəldiyini soruşanda "yaxşı eləmişəm, xoşun gəlmirsə, çıx get” deyib məni itələdi. Boğazımdan yapışıb divara çırpdı, döyməyə başladı. Taqətimi itirdim, başımda kəskin ağrı yarandı. Qollarımdan tutub silkələdi, plastik stulu götürüb başıma vurmaq istəyəndə, özümü müdafiə etmək üçün stolun üstündəki bıçağı götürdüm. Öldürmək niyyətim yox idi, qorxutmaq istəyirdim. Düşündüm ki, bıçaqdan qorxar, mənə heç nə eləməz. Amma əksinə oldu. Stulla məni vurub üstümə hücum çəkəndə bıçaq Vüqarın sinəsinə girdi…”скачать dle 11.3
Mojo.az Banner