Mojo.az Banner
18:02 Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb  |     17:50 Leyla Əliyeva uşaq evlərinin sakinləri üçün bayram tədbirindən paylaşım edib - Video  |     16:31 Maqnit qasırğası Yeri bürüdü  |     14:10 Azərbaycan XİN Venesuelaya başsağlığı verdi  |     13:56 Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu  |     13:49 Çimərliklərdə bu qaydaları pozanlar cərimələnə bilər  |     12:46 Fransada 10 yaşlı uşaq qadını öldürməyə cəhd göstərdi  |     12:19 Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq  |     12:12 Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək  |     12:11 Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə edən sürücü saxlanılıb  |     12:10 Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib - FOTO  |     12:01 Azərbaycan nefti ucuzlaşdı  |     11:59 Keyfiyyətsiz yanacağın gizli əlamətləri  |     11:58 Niyə bəzi dərmanları gecə, bəzilərini isə səhər içməliyik?  |     11:53 Gürcüstan parlamentinin sədri Bayden administrasiyasını ittiham etdi  |     11:37 Balıqçı gəmiləri və ov alətləri dövlət sistemində qeydiyyata alınacaq  |     11:31 Astarada sahibkar mağazasında ÖLDÜ  |     11:27 Toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı elektronlaşdırılır  |     11:11 Məşhur general 10 il sonra AZADLIĞA ÇIXDI  |     10:47 Bakıda 4 gün əvvəl dənizdə batan oğlanın meyiti TAPILDI  |    
Left Banner
Right Banner

Biabırçılıq: Bayram günləri Pirşağı qəbiristanlığına gedən yolu zibilxanaya çevirdilər - FOTO

23.03.2018 18:11 2 509
Biabırçılıq: Bayram günləri Pirşağı qəbiristanlığına gedən yolu zibilxanaya çevirdilər - FOTO
Bayram günləri Pirşağı qəbiristanlığına yaxınlarının məzarını ziyarətə gedənlər gördükləri mənzərədən şoka düşüblər. Pirşağı dəmiryolu stansiyasının qarşısından məzarlığa qədər ərazi zibilliyə çevrilib. Nəticədə qəbiristanlıq özü isə sahibsiz heyvanların məskəninə dönüb.

Bu barədə virtualaz.org saytına Pirşağı sakinləri məlumat veriblər. Onların sözlərinə görə, məzarların arasında uşaq bezindən tutmuş meyvə-tərəvəz qalıqlarına qədər hər cür tullantı olub. “Tullantılar vaxtlı-vaxtında daşınmır. Üstəlik yalnız yaxınlıqda yaşayanlar deyil, ətraf məhəllələrdən də bura zibil gətirib atırlar. Sahibsiz itlər isə tullantıları qəbiristanlıq ərazisinə daşıyır”,-sakinlər deyiblər.

Pirşağı dəmiryolu stansiyasının qarşısında zibillə yüklənmiş vaqonlar var. Dəmiryolu xətlərinin üzərinə də tullantılar atılıb. Yaxınlıqdan keçənlərdən zibillə yüklənmiş vaqonlar barədə suallarımıza cavab ala bilmədik. Bir çoxları artıq neçə ildir ərazinin ikinci “Balaxanı zibilxanası”na çevrildiyini dedi.

Bayram günlərində qəbiristanlığa gələnlər ərazini zibilliyi yandırmaqla təmizləyib. Amma stansiyanın ətrafı hələ də zibillikdir.













скачать dle 11.3
Mojo.az Banner