Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda "saxta" vəkilləri cəzalandıracaqlar

23.03.2018 13:22 2 746
Azərbaycanda
Bu günlərdə Vəkillər kollegiyasının Rəyasət heyəti bir sıra adları öz təşkilatının adına qeydiyyatdan keçirib.Bundan sonra yalnız vəkillər "vəkil" adından istifadə edə və məhkəmə prosesində müdafiə tərəfinindən çıxış edə biləcəklər, qalanları isə cəzalandırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Vəkillər Kollegiyasının Rəyasət Heyətindən məlumat verilib.

Məlumata əsasən, son vaxtlar vəkil olmayan şəxslərin bu statusdan istifadəsinə dair kollegiyaya çoxsaylı şikayətlər edilib. Bu faktlar isə ölkə vətəndaşlarının keyfiyyətli hüquqi yardım almasına mane olur, həmçinin ümumilikdə vəkilliyə neqativ təsir edir. Bu problemin həllini kollegiya "Patent və Əmtəə Nişanları" publik hüquqi şəxsində tapıb. Bu günlərdə Vəkillər kollegiyasının Rəyasət heyəti qeyd olunan adları öz təşkilatının adına qeydiyyatdan keçirib: vəkil, адвокат, advokat, advocate, hüquq məsləhətxanası, Azərbaycan Vəkillər Kollegiyası, Azerbaijan Bar Association, Коллегия Адвокатов Азербайджанской Республики.

Vəkil olmayan şəxslər qeyd olunan ifadələrdən istifadə edə bilməyəcəklər. Əks halda inzibati və yaxud cinayət məsuliyyətinə cəlb olunacaqlar. Belə ki, vəkilin adından və əmtəə nişanlarından istifadəyə görə AR CM-nin 197-ci və İnzibati hüquqpozmalar haqqında məcəllənin 399 və 412-ci maddələri ilə məsuliyyət nəzərdə tutulur. Cəza tədbirləri bu ilin 1 aprelindən tətbiq edilməyə başlanacaq. Qeyd edək ki, hazırda ölkədə 800-dək vəkil var və respublika əhalisinin 10 milyona çatdığını nəzərə alsaq, bu çox azdır. Misal üçün, Gürcüstanda 3 mindən artı vəkil var, bu ölkənin əhalisi isə 4 milyon nəfərdir.

Hüquq elmləri doktoru, professor Kamil Səlimov kollegiyanın vəkillərinə sərbəst rəqabət imkanı verəcək alternativ srtukturu yaratmağı təklif etmişdi. O bunu hər bir vətəndaşın keyfiyyətli hüquqi yardım almaq hüququnun olması ilə izah etmişdi. Lakin qanunvericilikdəki son dəyişikliklər əhaliyə keyfiyyətli hüquqi yardım almağa zəmanət vermir. Əvvəllər kollegiyanın üzvü olmayan hüquqşünaslar mülki işlərə buraxılırdılarsa, yeni qanun onları bu hüquqdan məhrum edir.

Son xəbərlər