Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Evi yanan mərhum jurnalistin bacısı: “Gedəsi yerim yoxdu, küçədə qalmışam…” - FOTO

22.03.2018 01:20 5 274
Evi yanan mərhum jurnalistin bacısı: “Gedəsi yerim yoxdu, küçədə qalmışam…” - FOTO
Novruz bayramı gecəsi sabahı çox acı xəbərlə açdıq: mərhum jurnalist Zabil Müqabiloğlunun ata evi gecə yarı yanaraq külə dönüb. Jurnlasitin bacısı Sevinc xanımın telefon zəngi zamanı bu acı xəbəri eşitdik və dərhal həmin ünvana yollandıq.

Yanan ərazi Sabunçu rayon Pirşağı qəsəbəsi Məşəl şəhərciyidir. Torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalından sonra burda öz el-obasından didərgin düşmüş soydaşlarımız müvəqqəti yerləşdirilib. Elə ötən il dünyasını dəyişən Zabil Müqabiloğlu da ailəsi ilə birlikdə Zəngilan rayonundan qaçqın düşərək, bu şəhərciyə pənah gətirib. Şəhərcikdəki iki otaqlı ev onlarındır. Atasını, anasını və qardaşı Zabili itirən Sevinc xanım bu evdə tək yaşayıb.

Deyir ki, bayram axşamı olduğu üçün bayramı tək keçirməyim deyə, yaxınlarım məni öz evlərinə qonaq apardılar: “Novruz bayramına görə bacımgil qonaq çağırmışdı. Dedilər ki, bayramı tək keçirmə. Axşam gec olduğundan mən də bacıbgildə qaldım. Səhər saat 6:00 radələrində qonşular zəng vurub dedi ki, eviniz yanaraq kül oldu. Dərhal mən də evimizə gəldim və gördüklərimin qarşısında şok oldum. Evdən bir dənə əşya çıxarmaq mümkün olmayıb. Yanğın o qədər güclü olub ki, qonşular da müdaxilə edə bilməyib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələrək, yanğının qonşu evlərə keçməsinin qarşısını alıblar. Yanğın zamanı evimiz tamamilə yanıb və qonşu evinə də ziyan dəyib”.

Şəhərcikdə yaşayan qonşularla da danışdıq. Dedilər ki, bu hadisə birinci yanğın hadisəsi deyil, dəfələrlə burda belə yanğın hadisələri baş verib. Yanğın gecə saat 3:00 radələrində baş verib. Dərhal yanğın söndürənlər çağırılıb. Bir saat ərzində yanğın söndürülüb. Evin içinə də baxış keçirdik. Evdə olan soyuducu, paltaryuyan maşın, çarpayılar, yorğan-döşək hər şey yanmışdı. Ən böyük məsələ isə indi Sevinc xanımın problemidir. Küçədə qaldığını deyən Sevinc xanımı, biz orda olanda qonşular evinə apararaq sakitləşdirməyə çalışırdılar. Deyir ki, mən indi harda qalacam?!

“Evdə tək yaşayırdım. Ev də yandı, küçədə qaldım. Mən indi kimin evində qalacam?! Qohum evində bir gün və ya iki gün qalaram, sonra hara gedəcəm? Mən xahiş edirəm əlaqədar qurumlar mənə köməklik etsinlər. Qalmağa yerim yoxdur”.

Məsələylə bağlı “Qaçqınkom”un mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxladıq. E.Qədimov bildirdi ki, baş verən yanğın hadisəsiylə bağlı əraziyə baxış keçirilib və araşdırma aparılır. Yanğının hansı səbəbdən baş verdiyi müəyyən oldunduqdan sonra dəymiş ziyanla bağlı müvafiq qurumlar qarışısında məsələ qaldırılacaqdır.(moderator.az)








Son xəbərlər