Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:37 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Mirşahin: Qadın bilmirlər, qız bilmirlər, küçə söyüşlərinin biri bir qəpiyədir!

13.03.2018 21:31 2 906
Mirşahin: Qadın bilmirlər, qız bilmirlər, küçə söyüşlərinin biri bir qəpiyədir!
Tanınmış teleaparıcı Mirşahin Ağayev rəhbəri olduğu və fəaliyyətə başlamasının sosial şəbəkələrdə müzakirə obyektinə çevrildiyi Real TV ilə bağlı açıqlama yayıb.

Median.az aparıcının Facebook sosial şəbəkəsində yazdığı həmin məlumatı təqdim edir:

“Real TV-nin fəaliyyətə başlaması ərəfəsində qəribə, hətta mənşəyi bəlli olmayacaq dərəcədə ajiotaj yaranıb. Yeni kanal açılır və əslində bu hadisənin mahiyyəti müsbət olmalıdır. Həyatının 30 ilini milli jurnalistikaya həsr etmiş, qalan ömür möhlətini də məmnuniyyətlə elə bu sahəyə bağışlamağa hazırlaşan biri yenidən TV-də çalışacaq, onunla birlikdə onlarla peşəkar öz sevimli işinin-Azərbaycana, dövlətə və xalqa xidmətin başında olacaq. Təbrik etmək olmaz? Amma nə baş verir?

Kanal heç açılmağa macal tapmadan gözümçıxdıya salınır, Mir Şahin internet resurslarında tənə, təhdid hədəfi seçilir, o, ailəsi hər gün, hər saat ən ağır küçə söyüşləri ilə təhqir edilir, sosial şəbəkələrdə ancaq qarayaxma, qaralama kompaniyası aparılır. Bəs səbəb nədir? Niyə məni və Real Tv-ni söyürlər? Yəni doğrudan biz jurnalistlər artıq nəyinsə kökünə nüfuz etmək kimi “qızıl qayda”nı unutmuşuq?

Belədirsə, anlamağa kömək edim. Son zamanlar Azərbaycan dövləti, Prezident və onun ailəsi, başqa vəzifəli şəxslər xaricdə sığınacaq tapmış bir ovuc tullantının təhqir və təhdidlərinə, hakimiyyəti zorla dəyişməyə, hətta devirməyə təhrik edən çağırışlara məruz qalırlar. Müharibə şəraitində olan ölkənin əksərinin şüuruna təzyiq etməyə çalışırlar. Bu ölkədə hər şeyi gözdən salmağa cəhd edirlər, qadın bilmirlər, qız bilmirlər, küçə söyüşlərinin biri bir qəpiyədir!

Mirşahin isə öz mövqeyi, adı, soyadı ilə ortaya çıxır və qarşı tərəfin cavabını verir. Təzə bir şey demir, sadəcə həmişəki mövqeyini sərgiləyir. (Özü də tək! Şübhəlicəsinə dəstəksiz!) Bu isə təbii ki, qarşı tərəfdə qəzəb yaradır. Onlar öz əxlaq və ailə tərbiyəsi çərçivəsində cavab verirlər, yəni mənəviyyatlarının ən murdar tərəflərini işə salırlar:

Söyürlər! Özü də açıq yazırlar ki, Mirşahin Prezidenti, Dövləti müdafiə etdiyi üçün belə rəftara məruz qalır! Mən isə belə statuslardan birinin altinda, şərh bölməsində öz mövqeyimi bildirmişəm: özü də heç bir təhqirə yol vermədən! Təkrar edirəm: müsahibə verməmişəm, bəyanat yaymamışam, şərh yazmışam. Və...

Məsələ də elə bu və bundan sonradadır. Dövləti, onun başçısını təhqir edən ayrı-ayrı atası naməlum səhifələrə, bu səhifələrin zəncirində və ya kəndirində qeyri insani səslər çıxaran canlılara ( görürsünüz, təhqir etməmək üçün ən zərərsiz ifadələri seçirəm) laqeyd, mövqesiz yanaşan, ən yaxşı halda başqa adlarla, “trolcasına” boğazdan yuxarı rəylər yazmaqla öz işini bitmiş sayan “ifrat ağıllılar” mənə öyüd-nəsihət verir. Hətta mənə, mənə e, Azərbaycanda Müstəqil televiziyanın yaradıcılarından birinə televiziyanın funksiyalarını başa salmağa cəsarət edənlər də tapılır...

Baxmayaraq ki, bu saat mənə və mənimlə bir yolda olanlara dəstək vermək vaxtıdır. Dövlətin xaricdən məruz qaldığı təbliğat təcavüzünə əsl əsgər təəssübkeşliyi ilə müqavimət göstərilməlidir. Hər halda bir televiziya rəhbəri kimi onun necə silah olduğunu mən yaxşı bilirəm. Bunu mənə xatırlatmağa ehtiyac yoxdur. Amma bu gün Azərbaycanda müəyyən proseslər nəticəsində TV artıq ya silah deyil, ya da bu silahın lüləsinə qərənfil taxılıb. Əvəzində internet resursları kütləvi qırğın silahına çevrilməkdədir. Artıq Dövlətimiz hədəfə alınır. Təhlükəli silah internetdir, sosial şəbəkələrdir! Onunla ehtiyatlı olmaq lazımdır.

...Bəs siz hardasınız, ay mənim ağıllı-kamallı, müdrik- işbilən dostlarım? Nədənsə mən adlı-sanlı jurnalistlərimizi ətrafımda görmürəm! Baxmayaraq ki, bu gün hər birimiz səngərdə, atəş xəttində olmalıyıq. Bura da cəbhədir! Yoxsa, hörmətli həmkarlarım qarşıdakı düşmənə atəş açmaqdan “mənim səviyyəm deyil!” deyə imtina etmək yolu seçib?! elədirsə, hayıf...

Amma vallah, billah elə görünür. Dişləri tökülmüş məntiqlə, qocafəndi, heç bir konkretliyə söykənməyən, əttökən plakat kəlmələrlə “qaloçka” xətrinə orda burda ara-sıra nə isə qırılladan ağız boşluqlarının sahibləri heç olmasa qapaq taxın ki, aydın danışasınız, mövqeyiniz anlaşılsın!

Görək kim kiminlədir? “Ay Ordu, ordu, görək kim kimə hürdü?” deyə kimin tez yorulacağına kənardan baxmaq vaxtı deyil! Məni söyənlərin arxasına, söyüş səbəblərinə baxın! Heç kəs bunu Mirşahinə çəkisinə, görünüşünə görə etmir! Onun konkret mövqeyinə görə edir! Yəni bunu anlamaq belə çətindir? Mən jurnalistəm və araşdırmaq bilavasitə işimdir! Amma Sizdən bir xahişim var. Mənə bir araşdırmamda kömək edin: mövqeyinizi aşkarlayın! Yoxsa mənə elə gələ bilər ki, birlikdəyik və çaşıb birdən sizə arxa söykəyərəm!”


Son xəbərlər