Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

İcra başçısı: "Bayıl sürüşmə zonasının sakinlərinə ayrılan vəsaitin məbləği artırılacaq"

13.03.2018 11:49 2 472
İcra başçısı:
"Bayılda evləri sürüşmə zonasında olan sakinlərə yardımın həcmini artırmaq məqsədi ilə görüş keçirilib. Çalışılır ki, tezliklə məsələ öz həllini tapsın".

“Report”un məlumatına görə, bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasının sakinləri ilə görüşündə deyib.

"Məbləğin az olması ilə bağlı Nazirlər Kabinetində məsələ qaldırdım. Məbləğin çoxaldılması ilə bağlı iş bu həftənin sonuna kimi həll olunacaq", - E.Əzizov əlavə edib.

Görüşdə iştirak edən Səbail Enerji Təchizatı və Satışı İdarəsinin rəsmisi Araz Manafov bildirib ki, sürüşmə baş verən Teleqüllə ərazisinə tam baxış keçirilib: "Təmizləmə işləri aparılıb, 6 fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi qeyri-mümkündür. Ümumi rəydən sonra həmin evlərə yaxın günlərdə elektrik enerjisi verilə bilər. Lakin sürüşmə davam edəcəksə, təbii ki, bu, mümkünsüzdür".

Xatırladaq ki, Nazirlər Kabineti Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb. Sakinlərin yaxın günlərdə kirayə mənzillərə köçürüləcəyi gözlənilir.

Son xəbərlər