Mojo.az Banner
16:19 Elşad Xose psixiatriya mərkəzinə yerləşdirilib? - VİDEO  |     15:42 Sürücülərə şad xəbər: Cərimələr geri qaytarılır  |     15:37 "Moskva" univermağında yarım milyonluq qızılı ələ keçirən əcnəbi qadına cəza istənildi  |     15:33 Azərbaycan Londonda imzalanmış beynəlxalq konvensiyaya qoşulur  |     15:29 Son günlərin hava şəraiti iyul üçün xarakterikdirmi?  |     15:27 "İdrak" liseyində müəllimə atəş açılan SİLAHIN SAHİBİ BARƏDƏ QƏRAR VERİLDİ  |     15:26 Vozinyaya yeni klubunda ləqəb qadağası  |     14:38 Prezidentdən Tacikistandakı səfirlə bağlı SƏRƏNCAM  |     13:22 İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alınıb  |     13:15 Paraqvay Azərbaycana fəxri konsul təyin edib  |     13:13 Meksikada güclü zəlzələ oldu  |     13:04 Dənizdə günvurma və boğulma riskini artıran səhvlər – Həkimdən vacib tövsiyələr  |     12:49 Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı  |     12:35 Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib  |     12:26 Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüblər  |     12:16 Yaponiyada 7.1 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan edildi  |     12:03 Abşeronun və Bakının Sabunçu rayonunun BÖYÜK BİR HİSSƏSİ SUSUZ QALACAQ  |     11:58 Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?  |     11:38 Elşad Xose xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır  |     11:33 Azərbaycan klubu Senini transfer etdi  |    
Left Banner
Right Banner

Düyü və kərə yağı bahalaşdı

09.03.2018 14:21 2 560
Düyü və kərə yağı bahalaşdı
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8%, qeyri-ərzaq mallarının qiymətləri 4,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,3% bahalaşıb.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bu ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,1% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% ucuzlaşıb.

Bayram təamlarının qiyməti artıb

Ay ərzində uzun düyünün, südün, qatığın, xamanın, kərə, zeytun və marqarin yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, soğanın, kartofun, çay və qəhvənin qiymətlərində bahalaşma, yumru düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, kələmin, yerkökünün, çuğundurun, sarımsağın, göyərtinin, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Fevral ayında yanvar ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, inşaat materiallarının, mebel və ev əşyalarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının, xalça və digər döşəmə örtüklərinin, televizorların, mobil telefon və fotoaparatların qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Avtomobil təmiri ucuzlaşıb

Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədən kənara istirahət turlarının, avtomobillərin təmiri xidmətlərinin qiymətlərində ucuzlaşma, dəmiryol nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, məişət cihazlarının və ayaqqabıların təmiri xidmətlərinin qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.скачать dle 11.3
Mojo.az Banner