23:01 "Reuters": Şəkərin qiyməti son illərin ən aşağı səviyyəsinə enib  |     22:46 Gəncədə tələbələr dəm qazından zəhərləndilər  |     22:37 Axşam bu cihazı mütləq cərəyandan ayırın: nə televizor, nə də telefon adapteridir  |     22:15 Dünyaşöhrətli boksçu Pakyaoya vəzifə verildi  |     22:09 Roma Papası Türkiyəyə səfər edəcək  |     22:08 “Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı  |     22:00 Göygöldə fermadan heyvanların oğurlanması ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB  |     21:57 Oktyabrın sonunda yalnız bir bürcü UĞUR GÖZLƏYİR  |     21:52 İsraildə son iki ildə ilk dəfə fövqəladə vəziyyət ləğv edildi  |     21:48 COVID-19 qayıdır: Türkiyədə "Frankenşteyn" variantı aşkarlandı  |     21:30 Bu dərmanlar pulsuz veriləcək  |     21:20 “Zəfər” şahmat turniri keçirildi - Fotolar  |     21:03 "Xanımıma o qədər əziyyət vermişəm ki..."  |     20:48 Bakıda “Molotov kokteyli” ilə terror hazırlayarkən tutulan İŞİD üzvünə - Hökm oxundu  |     20:20 Naxçıvanda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |     20:13 Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - ŞOK SİYAHI  |     20:07 Süni İntellekt üzrə Milli Mərkəz yaradırlar  |     19:50 Rəşad Dağlı əməliyyat olundu  |     19:46 Binadan yıxılıb ölən Kəmalənin - Fotosu  |     19:30 Səxavət Məmmədov kimdir? - Ölümünü yuxusunda görən sənətkar  |    

Azərbaycanda tibbə məlum olmayan hadisə: qızın göz bəbəkləri yoxdu – FOTO – VİDEO

Sərbəst gəzir, rəqs edir, mahnı oxuyur, evin pilləkənlərini köməksiz düşüb-çıxır, hətta yoldaşları ilə “gizlənqaç” da oynayır. Hərəkətlərindən tam sağlam uşağı andırsa da, əslində dünya işığından məhrumdur. Görmə qabiliyyəti olmayan qızcığazı sanki gözləri deyil, hissiyyatı idarə edir. O, evə nə vaxt qonaq gələcəyini, hətta qonağın nə alıb gətirəcəyini belə təxmin edə bilir.

Şabran rayon sakini Fatimə Elçin qızı Qafarova dünyaya anadangəlmə fiziki qüsurlu gəlib. Xəstəxanada körpənin sağlamlığında hər hansı problemin olduğu bilinməyib. Yalnız evə gətirdikdən sonra valideynləri uşağın göz yerlərinin olduğunu, lakin göz bəbəklərinin olmadığının fərqinə varıblar.

Fatimənin Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan nənəsi Aygün Qafarova deyir ki, nəvəsinin gözlərinin görməsinə ümidlərini itirməyiblər: “Fatimə ana bətinindəykən bir neçə dəfə USM-də müayinə olunub. Həkimlər həmişə hamiləliyin normal keçdiyini bildiriblər. Hətta Fatimə anadan olanda belə, həkimlər onun gözlərinin olmadığından xəbərsiz oldular. Uşağı xəstəxanadan çıxarıb evə gətirəndən sonra özümüz gördük ki, uşaqda gözlərinin yuvası var, amma özü yoxdur”.

Çarəsiz nənə bildirir ki, ilk günlər Fatimənin müalicəsi üçün müxtəlif xəstəxana və klinikalara müraciət ediblər, lakin hər yerdə onlara ancaq “birinci dəfədir bu cür halla rastlaşırıq” cavabını veriblər. Artıq ailə bütün ümidlərini itirmək üzrə olduğu vaxtda bir ümid işığı yanıb.

“Fatimə danışmağa başlayanda gözünün üç yaşından sonra “Allah” tərəfindən açılacağını deyirdi, biz isə onun bu sözlərini ciddiyə almırdıq. İki yaş yarımında onun gözünün birində bəbək yaranmağa başladı. Bunun bizə “Allahın hədiyyəsi” olduğuna ümidlənərək, müalicə üçün Heydər Əliyev Fonduna müraciət etdik”, — deyir nənə.

Bundan sonra qısa zamanda ailənin müraciətinə baxılıb və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə və müalicəsi təşkil edilib. Təxminən dörd-beş ay müalicə olunub. Həkimlər bildiriblər ki, bir gözü müəyyən faiz görə bilər.

Aygün Qafarovanın sözlərinə görə, həkimlərdən bu xəbəri eşitmək ailəyə təsəvvürəgəlməz sevinc hissi bəxş edib. Lakin ailənin xoşbəxtliyi çox çəkməyib. 3 ay əvvəl Fatimə yenidən həkimə aparılıb, analizləri verilib. Amma ödənişi verə bilmədikləri üçün müayinənin cavablarını ala bilməyiblər.

“Ödənişi tam ödəməyəcəyimiz təqdirdə, müayinənin cavabları haqda bizə heç bir məlumat verilməyəcəyi bildirildi”, — deyən dərdli nənə Fatimənin gözlərinin açılması ümidi ilə yaşadığını, lakin həkimlərin sözlərinə görə, müalicəsi davam etməzsə, ümidlərinin heçə enəcəyini bildirir.

Həyat yoldaşı Qarabağ müharibəsində birinci qrup əlil, oğlu isə işsiz, ailəsinin maddi imkanları həddən artıq aşağı olan Aygün Qafarova imkanlı şəxslərdən Fatiməyə köməklik göstərmələrini xahiş edir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 971 06.03.18 13:21