Mojo.az Banner
18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |     17:24 Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi  |     17:05 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər - Video  |     17:04 Hakan Fidan Bakıya gəlir  |     17:03 Əli Əsədov Laos prezidenti ilə görüşüb - Foto  |     17:01 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab  |     17:00 Azyaşlıya işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"  |     16:51 Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama  |     16:50 Sergey Lavrov sabah Bakıya gəlir  |     16:45 Robert Koçaryan həbsdə qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bu ərazi həm sərnişinlər, həm də sürücülər üçün təhlükəlidir - VİDEO

06.03.2018 12:51 2 712
Bakıda bu ərazi həm sərnişinlər, həm də sürücülər üçün təhlükəlidir - VİDEO
Bakı dairəvi yolununu köməkçi yolunda dayanacağın olmaması, daha doğrusu heç dayanacaq üçün yerin ayrılmaması hər gün burada problemə səbəb olur. Söhbət dairəvi yolun Əsəd Əhmədov küçəsi ilə kəsdişiyi yerdən şəhərin çıxışı istiqmətinə olan hissəsindən gedir. Ensiz yolda avtobusların sərnişin mindirmək, yaxud düşürmək üçün saxlamsı həm tıxaca səbəb olur, həm də sərnişinlər üçün təhlükə yaradır.

Həmin ərazidə heç səki də olmadığı üçün avtobus gözləmək özü belə təhlükəlidir.

Avtobuslar isə sərnişin mindirib-düşürmək üçün yolun istənilən hissəsində saxlayırlar.

Bakı dairəvi yolunun Əsəd Əhmədov küçəsi ilə kəsişməsində hər gün demək olar ki, bu mənzərə yaşanır. Sərnişinlər deyir ki, belə hal onların həyatı üçün təhlükəlidir, amma evlərinə gedib-gəlmək üçün hər gün bu ensiz beton piltənin üzərində dayanmağa məcburdurlar.

Sərnişinlər deyir ki, ətrafda kifayət qədər insan yaşayır. Onlar dayancaqdan minmək, yaxud düşmək üçün kilometrlərlə yol getməlidirlər. Elə ona görə də avtobusların məhz burada dayanmasını sürücülərdən tələb edirlər. Avtobusların burada dayanması həm digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaradır, xüsusi ilə səhər saatlarında ləngimələrə səbəb olur, üstəlik sərnişinlər üçün də həyati təhlükə yaranır.

Avtobus sürücülərinin isə öz arqumentləri var.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, həmin ərazidə mövcud yol infrastrukturu dayanacaq məntəqəsinin təşkili imkanlarını məhdudlaşdırır. Lakin Agentlik tərəfindən daşıyıcılara həmin yerlərdə avtobusları saxlamamaları barədə xəbərdarlıq edilib.

Mais Ağayev həmçinin onu da bildirdi ki, həmin ərazidən tez-tez şikayətlər daxil olur ki, sürücü saxlamır. Onun sözlərinə görə, hər dəfə sürücünü orda saxlamağa sərnişinlər məcbur edirlər. Sürücü saxlamayanda isə narazılıq yaranır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
скачать dle 11.3
Mojo.az Banner