Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Sərnişin düşürmək üçün avtobus zolağına keçən sürücülər də CƏZALANDIRILACAQLAR?

25.07.2024 19:30 942
Sərnişin düşürmək üçün avtobus zolağına keçən sürücülər də CƏZALANDIRILACAQLAR?
İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişiklikdən sonra avtobus zolağına girən digər avtomobil sürücüsü 100 manat həcmində cərimələnir. Yeni tələbdən sonra şəhərdə qəribə mənzərə yaranıb. Bəzi avtomobil sahibləri avtobus zolağına girməmək üçün sərnişini yolun ortasında düşürürlər. Bu da qəza şəraiti yaradır.

Maraqlıdır, sərnişini düşürmək üçün avtobus zolağına girən avtomobil sürücüləri də cərimələnəcəklər?

Suala nəqliyyat üzrə ekspert Yasin Mustafayev aydınlıq gətirib. O, Bizim.media-ya açıqlamasında bildirib ki, sərnişini düşürmək və yaxud götürmək üçün avtobus zolağına girən avtomobil sürücüsünü də 100 manat cərimə gözləyir:

"Avtobus zolağına digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulmasında məqsəd ictimai nəqliyyatın rahat hərəkətinə daha geniş imkan yaratmaqdır. Hədəf odur ki, şəhərdə həm tıxac yaradan, həm də ətraf mühitə ziyanlı emissiyalar atan fərdi nəqliyyat vasitələrindən uzaqlaşıb, ictimai nəqliyyata üz tutulsun.

Belə eləməsək, yaxın illərdə paytaxt küçələrində çox ciddi problemlər yaşanacaq. Bu gün eyni küçədə hərəkət edən 50-60 avtomobildəki insanları bir avtobus asanlıqla daşıya bilir. Biz ictimai nəqliyyatı daha əlçatan etsək və yaxşı təşviqat aparsaq, o zaman insanlar avtomobillərdən imtina edəcək, ictimai nəqliyyata üz tutacaq. Amma bu hədəfə çatana qədər biz haqqında danışdığımız mənzərə ilə rastlaşacağıq".

100 manat cərimədən yayınmaq üçün bəzi sürücülər sərnişini çox zaman yolun ortasında düşürür.

Bəs yolun ortasında sərnişini düşürən sürücünü hansı cəza gözləyir?

Müsahibimiz bu suala belə cavab verdi:

"Bu halda sürücü dayanma və durma qaydasını pozmuş olur. Bu hərəkətə görə isə sürücünü 40 manat cərimə gözləyir".скачать dle 11.3
Mojo.az Banner