Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Səidə Sultan: Mənə elçi gələn oğlanı öldürmək istədim

28.02.2018 11:49 8 187
Səidə Sultan: Mənə elçi gələn oğlanı öldürmək istədim
Müğənni Səidə Sultan “ARB Ulduz”un “Şou məkan” verilişinin qonağı olub.

Şəxsi həyatı ilə bağlı açıqlamalar verən ifaçı bildirib ki, Səidənin adına görə onunla sevgili olmaq istəyirlər:

“Sevgilim yoxdur. Fikrim ancaq işimdədir. Mənim üçün sevgi mənasızdır. Məni sevəcək olan adam çalışır ki, “mən Səidə Sultanın sevgilisiyəm” ifadəsinə görə mənimlə sevgili olsun. Kişi kimi mərdi-mərdanə qabağa çıxan yoxdur. Hamısı istifadə edir.

Doğrudan da, evlənəndə ölçüb-biçmək lazımdır. Bu yaşa qədər evlənməmişəmsə, bu, o demək deyil ki, kimsə bəyənməyib deyə evlənməyib. Bu, mənim qərarımdır. Azərbaycanda qonşuya, qohuma görə yaşayırıq. Mən isə özüm üçün yaşayıram. İstəmirəm ki, ailəmi qurum, sonra da dağıdım”.

Səidə bu yaxınlarda ona elçi gələn oğlanı boğmaq istədiyini deyib:

“Elçilərim oldu. Evdə də məni razı saldılar. Sözsüz ki, hazırlıqlar olmalı idi. Heç nəyə əlimi vurmadım. Anam bütün hazırlıqları gördü. Elçilər gəldi və gördüm ki, bu oğlan bir az da burada qalsa, onu boğub öldürəcəm.

Özünün sözü olan, mərdi-mərdanə, kişi kimi oğlana getmək istəyirəm. Camaatdan asılı şəkildə yaşayan adam mənlik deyil. “Dostum nə isə deyər” düşüncəsi ilə yaşayan adamla ailə həyatı qurmaram”.//oxu.az

Son xəbərlər